2021-ci il üçün əkin, məhsul və toxum əmsalları, toxum və ting kvotaları açıqlandı
Aqrar Subsidiya Şurası 2021-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqladıAqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləğinın aşağıdakılar istisna olmaqla 2020-ci il eyni saxlanılıb:
- Fermerlərdən gələn təkliflər nəzərə alınaraq fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı, Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək. Ötən il fındıq bitkisi üzrə əkin subsidiyası yalnız Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Şabran, Şəki rayonlarında salınan bağlara şamil edilirdi.
- Qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə yay ayları (1 iyun-31 avqust) ərzində aparılacaq təkrar əkinlərə 60 manat/ha əkin subsidiyası veriləcək.
- 6 növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası veriləcək. Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11000 manat/ha, portağal, naringi bağlarına 9000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4400 manat/ha təşkil edəcək.
- İntensiv və yarıintensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiya məbləği eyniləşdirilərək bağın salındığı ilk 4 il ərzində 700 manat/ha, digər illər üzrə 240 manat/ha olaraq ödəniləcək.
- Buğda bitkisi üzrə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 2020-ci ildə olduğu kimi 200 manat əkin subsidiyası veriləcək. Əkin sahələrinin 20 hektardan çox olan hissələrinə əkin subsidiyası məbləği isə 160 manat müəyyən edilib. Yonca bitkisi üzrə əkin subsidiya məbləği 2020-ci ildən fərqli olaraq 50 manat müəyyən olunub.
Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası üzrə əmsallar, toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) 2020-ci ildə olduğu kimi saxlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
2 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
22 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
22 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir







.jpg)




.jpg)










