Bazarların ən böyük sürprizi, dəyəri 70 faiz artan metal

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
"Marja.az"ın "Quartz" saytından topladığı məlumatlara görə, qlobal bazarlarda son dövrün sürprizi, 60%-i Demokratik Konqo Respublikasından çıxarılan və məhdud ehtiyata malik bir faydalı qazıntı olan kobaltdır. Son dövrlər mobil telefon istehsalındakı inanılmaz artım və elektrikli avtomobillərin populyarlaşması ilə, kobaltın tonunun qiyməti yanvar ayından bu yana 70 faiz artaraq 55 min dollara çatıb (buradan baxın).
APPLE VƏ TESLA ƏSAS ALICILARIDIR
Apple cihazları və Tesla avtomobilləri kimi bir çox texnologiya məhsulunu işlədən batareyaların ana maddələrindən biri olan kobalt, ən çətin çıxarılan filizlərdən biri olduğu üçün çox dəyərlidir. 2016-cı ildə yalnız 93 min ton kobalt istehsal edildiyi bildirilir. Tesla və Apple-ə investisiyaların artması ilə kobalt qısa bir dövrdə bazarın "ulduzu" olub.
Ekspertlərə görə, istehsal edilən kobaltın yarısı batareya istehsalında istifadə edilir və 2020-ci ilə qədər bu nisbət 60%-ə çıxacaq. Yəni kobalta tələbat sürətlə artmaqda davam edəcək.
EHTİYATLARIN BÖYÜK HİSSƏSİ DEMOKRATİK KONQO RESPUBLİKASINDADIR
Kobaltın ana vətəni Demokratik Konqo Respublikasıdır. Bu ölkədəki mədənlər əmək şərtlərinin beynəlxalq standartlarına riayət etmir və uşaqları işlədirlər. Bu səbəbdən kobalt istehsalı tez-tez yoxlamalar səbəbindən dayanır. Apple ötən ay ölkədəki iş şərtləri səbəbilə birbaşa kobalt idxalını müvəqqəti olaraq dayandırmışdı.
Gələn il 500 min elektrikli avtomobil istehsal etmək istəyən Tesla, Afrika yerinə Şimali Amerikadan kobalt almaq üçün cəhdlər göstərir, ancaq heç bir ölkə artan tələbatı qarşılayacaq kobaltı istehsal etmək məsələsində Demokratik Konqo Respublikası ilə yarışa biləcək vəziyyətdə deyil.
AZƏRBAYCANDA KOBALT
“Marja” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda – “Hamamçay” və “Dəmir” dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.
Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.
Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullantı kimi yığılmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin SSRI Əlvan metallurgiya Nazirliyinin Qara metallurgiya idarəsinə, kobalt filizinin isə Əlvan metallurgiya Idarəsinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müddətdə Şimali Daşkəsən kobalt yatağının istismarı məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan ehtiyatının 40-45%-ə qədərini bu yataq ödəmişdir.
Kiçik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları ancaq Daşkəsən filiz rayonundadır. Bunlar “Cənubi Daşkəsən”, “Hamamçay” və “Dəmir” yataqlarıdır. Bunlardan əlavə Daşkəsən filiz sahəsində «Şimali Daşkəsən» kobalt yatağının ehtiyatları tam istismar olunmamışdır.
“Hamamçay” yatağında kobalt minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.
“Dəmir” yatağında da kobalt kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir.
“Cənubi Daşkəsən” dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir.
Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.
Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir.
Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20-80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel-0,1%, mis-0,3-1,12% arasında dəyişir.
Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3-8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028-0,115%, mis-0,07-0,43%-dir.
Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş “Şimali Daşkəsən” kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%).
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
7 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
21 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
