İqtisadiyyat naziri Polşa səfiri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
Görüşdə Azərbaycan-Polşa əlaqələrinin genişləndiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.
Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması və bu ilin sentyabrın 27-dən işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatlara başlaması, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyini təmin etmək və işğal olunmuş torpaqlarını qaytarmaq üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib.
Görüşdə pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə də məlumat verilib, koronavirusla mübarizədə ölkələrimiz arasında qarşılıqlı yardımın əhəmiyyəti qeyd edilib. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətini diqqətə çatdıran İqtisadiyyat naziri postpandemiya dövründə Polşa ilə investisiya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, enerji, dövlət-özəl sektor tərəfdaşlığı və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
Nazir Azərbaycanın əlverişli nəqliyyat-tranzit imkanları, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolunun və Ələt azad iqtisadi zonasının potensialı barədə məlumat verib, Polşa şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edilib.
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, iki ölkənin limanları arasında əməkdaşlıq, birbaşa hava reysinin açılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
20 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 15 d. əvvəl
-
23 d. əvvəl
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
- 46 d. əvvəl
-
1 saat əvvəl
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
-
1 saat əvvəl
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək
Ən çox oxunanlar
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
ABŞ neftin qiyməti üzrə proqnozlarını yüksəldib - Neft bazarında təklif şoku dərinləşir
6500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır ®
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Neft qiymətləri yüksəlir - Brent 110 dollara yaxınaşıb
























