Kapital Bank son maliyyə vəziyyətini açıqladı

Kapital Bank ASC 2020-ci ilin 9 ayını (yanvar-sentyabr) 245 milyon 650 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti təxminən 2,5 dəfə artıb. Belə ki, Kapital Bank 2019-cu ilin 9 ayını 99 milyon 654 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayında Kapital Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 480 milyon 124 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 229 milyon 262 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 250 milyon 862 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, məqsədli ehtiyatdan azad olmuş 41 milyon 264 min manat mənfəətə əlavə olub və 292 milyon 127 min manata yüksəlib. Kapital Bank 46 milyon 477 min manat mənfəət vergisi ödədiyindən cari ilin 9 ayını 245 milyon 650 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2019-cu ilin 9 ayında Kapital Bankın cəmi əməliyyat gəlirləri 407 milyon 203 min manat, cəmi əməliyyat xərcləri 198 milyon 721 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən 208 milyon 482 min manat əməliyyat mənfəəti yaranmışdı. Həmin dövrdə əməliyyat mənfəətindən 82 milyon 746 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırılmış, 26 milyon 80 min manat t mənfəət vergisi ödənilmişdi. Nəticədə Bank 99 milyon 654 min manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ ARTIB
Kapital Bankın 9 aylıq faiz gəlirləri 293 milyon 929 min manatdan 326 milyon 103 min manata, qeyri-faiz gəlirləri isə 113 milyon 274 min manatdan 154 milyon 21 min manata yüksəlib.
FAİZ XƏRCLƏRİ AZALIB
Kapital Bankın 9 aylıq faiz xərcləri 48 milyon 250 min manatdan 36 milyon 935 min manata düşüb, qeyri-faiz xərcləri isə 150 milyon 471 min manatdan 192 milyon 327 min manata yüksəlib.
Kapital Bankın ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında cəmi gəlirləri 72 milyon 921 min manat, cəmi xərcləri isə 30 milyon 541 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması əməliyyat mənfəətinin 42 milyon 380 min manat artmasına səbəb olub. Eyni zamanda, Bank ehtiyata ayırma etməyib, əskinə əvvəlki dövrlərdə yaradılmış ehtiyatın bir hissəsi azad olub. Beləliklə, həm gəlirlərin artması, həm də ehtiyatdan qayıdan məbləğ hesabına Kapital Bankın xalis mənfəəti yüksəlib.
AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOX ARTARAQ 5 MİLYARD SƏVİYYƏSİNİ ÖTÜB
Kapital Bankın cəmi aktivləri 5 milyard manat səviyyəsini də aşaraq 30 Sentyabr 2020-ci il tarixində 5 milyard 40 milyon 567 min manata çatıb.
Ötən ilin sentyabr ayının sonu ilə müqayisədə Kapital Bankın cəmi aktivləri 1 milyard 33 milyon 19 min manat və ya 25,8% artaraq 5 milyard 40 milyon 567 min manata çatıb. Bank 30 Sentyabr 2019-cu il tarixində 4 milyard 7 milyon 548 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Son 1 ildə Kapital Bank müştərilərə verdiyi cəmi kreditləri 488 milyon 818 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 2 milyard 210 milyon 329 min manat çatıb. Qeyd edək ki, 30 Sentyabr 2019-cu il tarixində cəmi kreditlər 1 milyard 721 milyon 511 min manat təşkil etmişdi.
DEPOZİT PORTFELİ ARTIB
Kapital Bankda 2019-cu ilin Sentyabr ayının sonu ilə müqayisədə depozitlər 530 milyon 955 min manat və ya 16,6% artaraq 3 milyard 724 milyon 512 min manata çatıb. Fiziki şəxslərin depozitləri 180 milyon 474 min manat azalaraq 1 milyard 8 0milyon 89 min manata geriləyib, hüquqi şəxslərin depozitləri isə 711 milyon ,431 min manat artaraq 2 milyard 716 milyon 424 min manata yüksəlib.
MƏCMU KAPİTAL DA ARTIB
30 Sentyabr 2020-ci il tarixində Kapital Bank 539 milyon 140 min manat məcmu kapitala malik olub. Ötən ilin eyni tarixində Bank 357 milyon 928 min manat məcmu kapitala malik idi.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Ən çox oxunanlar

"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR

Azərbaycanın Avropa Bankından cəlb etdiyi borc 13 %-dən çox azalıb

“Ümid-Babək” yatağında qiymətləndirmə quyusunun qazılması bu ilin sentyabrına planlaşdırılıb

Amazon-un satışları və mənfəəti artıb

Azər Türk Bankdan müştərilər üçün yeni cashback

Sabahın hava proqnozu açıqlanıb
