“Exchange”lər niyə bağlanmışdı, niyə açılır?
"Ölkədə valyuta dəyişmə məntəqələrinin yenidən açılması arzuolunandır”.
Bunu açıqlamasında iqtisadçı Samir Əliyev valyuta dəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, valyuta dəyişmə məntəqələrinin bağlanmasının əsas səbəbi valyuta axınının qarşısını almaq idi: "2014-cu ilin sonundan başlayaraq neft düşməyə başladı. Həmin ərəfədə milli valyuta manat təzyiq altında qaldı. Bunun da səbəbi ölkəyə gələn dolların ölkədən çıxan dollardan az olması oldu. Həmin ərəfədə sahibkarlara da müəyyən təzyiqlər oldu. Yəni büdcə iclasında problem yarandığından vergi yığmaqla bağlı sahibkarlar üzərinə təzyiqlər oldu. 2014-cü ilin sonu 2015-ci ilin birinci yarısında xeyli sahibkar biznesini bağlayıb ölkəni tərk etməyə başladı. Sonra xeyli məmur kütləsi öz vəsaitlərini ölkədən çıxarmağa başladı. Bu, kapital axınına gətirib çıxartdı. Bu da Mərkəzi Bankın öz valyuta ehtiyatlarını sürətlə xərcləməyə başlamasına gətirib çıxardı. Nəticədə də kapital axınının qarşısını almaq tədbirləri çərçivəsində valyuta dəyişmə məntəqələri bağlandı. Çünki valyuta dəyişmə məntəqələrində olan pul dövriyyəsi heç də həmişə bank vasitəsi ilə aparılmırdı. Yəni onlar banka gəlmədən valyuta dəyişmə məntəqələri vasitəsi ilə böyük həcmdə pullar dəyişdirilirdi və ölkədən çıxarılırdı. Çıxış yolu kimi bu addım atıldı. Bu, təkcə bankların öhdəsinə verildi. Amma bununla bağlı problemlər oldu. Çünki banklar 5 gün işləyir, saat 18:00 olan kimi fəaliyyətini dayandırır. Valyuta dəyişmə məntəqələri isə az qala gecə 23:00-a kimi işləyir.
Ümumiyyətlə, valyuta dəyişmə məntəqələri şəhərdə kifayət qədər yaxşı yerləşmişdi. Bu da həm yerli əhali, həm də turistlər üçün rahatlıq yaradırdı. Amma həmin dövrdə elə bir vəziyyət yarandı ki, turistlər, xüsusilə bayram zamanı pul dəyişməklə bağlı əziyyət çəkdilər. Bu səbəbdən məcbur olub bəzi bankların işə çıxması ilə bağlı göstəriş verildi. Hər bir halda banklar valyuta dəyişmə məntəqələrinin funksiyasını yerinə yetirə bilmirdi”.
Samir Əliyevin sözlərinə görə, banklar dolları valyuta dəyişmə məntəqələri ilə müqayisədə əhalidən daha ucuz qiymətə alır: "Bankları bir qayda olaraq valyuta dəyişmə məntəqələri ilə müqayisə etsək görərik ki, banklar həmişə faiz dərəcəsi, yəni alış kursu valyuta dəyişmə məntəqələrindən ucuz olurdu. Satış kursu isə baha olurdu. Yəni banklarda spred (fərq) çox, amma valyuta dəyişmə məntəqələrində isə az olurdu. Onların da məqsədi və qazancı bununla bağlı idi. Banklar da öz siyasətinə uyğun məzənnə müəyyənləşdirirdi. Bu baxımdan ki, bankda əgər manat kütləsi azdırsa, o, alış kursunu aşağı salırdı. Dollar məhdudluğu olan zaman isə satış kursunu qaldırırdı. Yəni bu bankların siyasətinin qurbanı olmamaq, məzənnə bank siyasətindən fərqləndirmək üçün valyuta dəyişmə məntəqələrinin olması arzuolunandır. Biz bunu istənilən ölkədə müşahidə edə bilərik. Bu baxımdan hesab edirəm ki, valyuta dəyişmə məntəqələrinin açılması normaldır”.
İqtisadçı qeyd edib ki, valyuta dəyişmə məntəqələrinə güclü nəzarət olmalıdır: "Nəzarət valyuta dəyişmə məntəqələrinə münasibətdə olmalıdır, əhaliyə münasibətdə yox. Nəzarətin əsas məqsədi qanunsuz pul dövriyyəsinin qarşısını almaqdır. Əgər valyuta dəyişmə məntəqələri artarsa, bu, təkcə dollara, valyuta dəyiməyə əlçatanlıq məsələsi deyil. Düşünürəm ki, alış və satış məzənnəsi arasındakı bu spredin azalmasına gətirib çıxara bilər. İstənilən halda bu addımı düzgün qiymətləndirirəm”.
"Qara bazar”a təsiri necə olacaq?
Samir Əliyev vurğulayıb ki, valyuta dəyişmə məntəqələrinin yenidən fəaliyyət göstərməsi nəticəsində "qara bazar” sıradan çıxa bilər: "4 faizlik marja götürüldükdən sonra demək olar ki, "qara bazar” əhəmiyyətli dərəcədə aradan qalxdı. Amma yenə də az da olsa "qara bazar” fəaliyyət göstərirdi. Səbəb də bankların alış və satış kursu arasınadı fərqin böyük olması idi. Yəni alış kursunu aşağı salması, satış kursunu yuxarı qoyması idi. Artıq valyuta dəyişmə məntəqələri funksiyasını "qara bazar” görməyə başladı. Çünki onlarda fərq çox aşağı idi. İnsanlar "qara bazar”a üstünlük verirdilər. Valyuta dəyişmə məntəqələrinin yaranması "qara bazar”ın aradan qalxmasına təsir edəcək. Əlbəttə "qara bazar”ın yaranmasının başqa səbəbləri var. Belə ki, dollar qıtlıq olan vaxt əldə olan məhdud dollar kütləsi "qara bazar”a yönəlir. Əgər ölkədə dollar qıtlığı olmasa bu halda "qara bazar”ı valyuta dəyişmə məntəqəsi əvəz edəcək. İstisna halları çıxsaq hesab edirəm ki, "qara bazar” aradan qalxacaq”.
© Bakı Post
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
18 saat sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
19 d. əvvəl
Nizami küçəsi, Bülbül prospekti və Buzovnada abidələrə müdaxilə – Xəbərdarlıq edildi
-
33 d. əvvəl
Turizm layihələrinin kreditlərinə faiz subsidiyası gündəmdədir - HÖKUMƏTDƏN SƏRƏNCAM
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın ®
-
2 saat əvvəl
Azərbaycanın özəl ixrac lideri bəlli oldu – Göstərici 3,7 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Almaniyada işsizlərin sayı 3 milyonu keçib
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın ®
Azərbaycanın özəl ixrac lideri bəlli oldu – Göstərici 3,7 dəfə artıb
Ən çox oxunanlar
Avqustun 29-da gözlənilən hava şəraiti
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
“Prime Cotton” 7 ayda 100 milyon dollarlıq ixraca yaxınlaşıb
OPEC üçün növbəti zərbə ola bilər
İxracdan ən çox qazanan 10 özəl Azərbaycan şirkəti - SİYAHI






















