Müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyi məlum deyil
“Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur”.
Bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada keçirilən danışıqlarda Azərbaycana qarantiya verilib-verilməməsi barədə sualı cavablandırarkən bildirib.
Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.
Ceyhun Bayramov hərbi əməliyyatların hansı halda bərpa oluna biləcəyini açıqlayıb
“Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla balı olaraq real addımlar atılmalıdır. Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması olarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur”,- Xarici İşlər naziri Ceyhun Bayramov bildirib
C. Bayramov onu da deyib ki, hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir.
"Ermənistan Moskva danışıqlarında əlavə təhlükəsizlik qarantiyaları istəyirdi"
“Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir”.
Bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib: “Eyni zamanda münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb. Çox qısa müddətdə baza prinsipləri əsasında Ermənistan substansiv danışıqların aparılmasını üzərinə götürüb. Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında olan uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin”.
Xarici İşlər naziri qeyd edib ki, Ermənistan bundan əvvəl 7 şərt də irəli sürmüşdü: “Bunlardan biri də danışıqlar prosesində Azərbaycanın Ermənistanla deyil, qondarma qurumla danışıqların aparılması iddiası idi. Yenə də Moskvada imzalanan sənəddə Ermənistan məcbur edildi ki, danışıqlar prosesinin formatının dəyişməz qaldığı təsdiqləsin”.
C. Bayramov nəzərə çatdırıb ki, Moskva danışıqlarında Ermənistan əlavə təhlükəsizlik qarantiyaları istəyirdi: “Onların əsas iddiası o idi ki, baza şərtləri qoyursunuz, ancaq siz bizə güc tətbiq edirsiniz. Danışıqlarda nəzərə çatdırıldı ki, Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqını itirib, Azərbaycanın 20 faizdən çox torpağını işğal edib, 1 milyondan çox insanı məcburi köçkün vəziyyətinə salıb. Sənəddə atəşkəsin tərəflər arasında razılaşdırılması əksini tapıb. Ermənistan danışıqlarda üçüncü qüvvələr vasitəsi ilə atəşkəsin təmin olunmasını istəyirdi. Bu, qəbul edilmədi, çünki Ermənistan status-kvonun qorunması üçün bundan istifadə edəcək. Yalnız işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarıldıqdan sonra bu məsələyə baxa bilər. Baza prinsipləri mərhələli şəkildə Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını özünə ehtiva edir. Bu, 5 rayon, daha sonra 2 rayondan Ermənistan qoşunlarının çıxarılması, Dağlıq Qarabağa azərbaycanlıların qaytarılması kimi də ola bilər”.
"Atəşkəs təmin edilməli olsa da, Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub"
“10 gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub. Eyni zamanda əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı müraciətlər daxil olurdu ki, hümanitar atəşkəs olunsun”.
Bunu bu gün keçirilər brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri ilə razılıqlar əldə olunub: “Dünən buna əsasən Moskvada müvafiq sənəd imzalandı. Həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və digər saxlanılmış şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub”.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
10 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
-
10 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
10 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
11 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
11 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
11 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
12 saat əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®


























