“Abşeron” yatağının dəniz əməliyyatlarının təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyevə “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verilib.
Bildirilib ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.
Sonra “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basılıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Daha sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.
İlham Əliyevin müsahibəsindən bir sıra məqamları təqdim edirik:
“Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.
“Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır... Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı. Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar”.
“Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı və deyə bilərəm ki, bu önəmli hadisə ilə əlaqədar yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir və beləliklə bu gün bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi”.
“Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.
XXX
Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.
"Abşeron" yatağının ehtiyatları 350 mlrd. kubmetrdən çox qiymətləndirilir.
Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP ("Joined Operating Company Absheron Petroleum") birgə müəssisəsidir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat sonra
-
5 saat əvvəl
Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR
-
5 saat əvvəl
"JAC Yük Avtomobilləri Satış Mərkəzi" Caspian Agro 2025 sərgisində iştirak edir
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
6 saat əvvəl
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
-
6 saat əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2025" sərgisində iştirak edir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR

Birjadan "FINCA Azerbaijan"ın istiqrazları barədə qərar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Ən çox oxunanlar

“Para BOKT” maliyyə göstəricilərini açıqladı

Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib

Prezident İlham Əliyev sərgilər ilə tanış olub

Sabahın hava proqnozu açıqlandı
