AGBank “qan” itirməkdə davam edir
2016-cı ilin yekunları üzrə 35 milyon 630 min manat zərər açıqlamış “AGBank” ASC, 2017-ci ilin 1-ci rübünü 1 milyon 807 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2016-cı ilin 1-ci rübündə 6 milyon 628 min manat zərər etmişdi. Beləliklə, rüblük müqayisədə Bankın zərəri 3,7 dəfə azalıb.
GƏLİRLƏRİ 2 DƏFƏYƏ YAXIN AZALIB
“Marja” Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə bankın ümumi gəlirləri 13 milyon 484 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 477 min manat, qeyri-faiz gəlirləri 7 milyon 7 min manat təşkil edib. Diqqəti cəlb edən, “AGBank”ın qeyri-faiz gəlirlərinin faiz gəlirlərindən çox olmasıdır.
Birinci rübdə Bank 13 milyon 484 min manat gəliri əldə etmək üçün 14 milyon 873 min manat xərc çəkib. Nəticədə Bankın 1 milyon 389 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 343,55 min manatın ayırılması Bankın zərərini daha da artırıb. AGBank 2016-cı ilin birinci rübündə ehtiyatlara 4 milyon 182 min manat, ötən il ərzində isə 36 milyon 970 min manat ayırmışdı. Ayırmaların azalması itmək ehtimalı yüksək olan kredit və depozitlərin artım tempinin azaldığına işarədir.
Qeyd edək ki, 2016-cı ilin 1-ci rübündə “AGBank”ın cəmi gəlirləri 26 milyon 47 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 897 min manat, qeyri-faiz gəlirləri 13 milyon 150 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə Bankın cəmi gəlirləri 1,9 dəfə azalıb.
AKTİVLƏR VƏ KAPİTALI AZALIB
31 Mart 2017-ci il tarixində “AGBank” 505 milyon 752 min manat cəmi aktivlərə, 453 milyon 513 min manat cəmi öhdəliklərə, 52 milyon 238 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 520 milyon 3 min manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik idi.
KREDİTLƏRİN YARIYA YAXINI PROBLEMLİDİR
31 Mart 2017-ci il tarixinə olan məlumata görə, müştərilərə verilmiş 287 milyon 537 min manatın 140 milyon 249,4 min manatının və 48,7%-nin ödəmə vaxtı keçib.
Bir müddət əvvəl, "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov, "İlin sonuna qədər zərər mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik”, deyə mətbuata bildirmişdi.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 52 san. əvvəl
-
- 5 d. əvvəl
-
13 d. əvvəl
“Monetri”nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
-
30 d. əvvəl
Aktivləri 39 milyon manata yaxın olan BOKT 3 milyon manatlıq istiqraz buraxır
- 1 saat əvvəl
-
2 saat əvvəl
50 investor 1 milyon manat yatırdı – BOKT-un istiqrazları tam yerləşdirildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib
Beynəlxalq Maliyyə Korporasiyası "Bank Respublika"da uzunmüddətli investor olaraq qalmaq niyyətindədir
Sentyabrın 22-də gözlənilən hava şəraiti
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
İran: Yeni hücum olarsa, müharibənin coğrafiyasını dəyişəcəyik
Mərkəzi “Bank Respublika” - “AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
Azərbaycan Mərkəzi Bankı 23 sentyabrda mühüm qərarını açıqayacaq
Azərbaycanın keytrinq şirkəti müflis oldu –ləğvetmə qərarı verildi




















