“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir.
Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.
Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.
Müsabiqənin şərtləri:
1- Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.
2- Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
3- Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
4- Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
5- Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
6- Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər.
7- Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
14 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO























