Azərbaycanın xarici balansı qiymətləndirilib
Azərbaycanın Cari Əməliyyatlar Balansı qlobal əmtəə bazarlarında yaranan şokun və pandemiyanın təsiri altında olsa da, bu ilin ilk rübündə müsbət saldonu qoruyub.
Bu barədə açıqlama verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, cari əməliyyatlar balansına fiskal siyasət orta müddətdə, monetar siyasət isə qısa müddətdə təsir göstərir.
Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Beynəlxalq Valyuta Fondunun Xarici Balansın Qiymətləndirilməsi (EBA-lite) metodologiyası əsasında Azərbaycanın cari əməliyyatlar hesabı təhlil edilib:
“Azərbaycanın cari əməliyyatlar hesabına indiki halda iki tsiklik təsir var: biznes tsiklinin və neft qiymətləri tsiklinin təsiri. Hər iki tsikl enmə mərhələsində olduğundan cari əməliyyatlar hesabına mənfi təsir göstərir. Nəticədə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 milyon dollar təşkil edib. Bu enmə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisitinin 19,2% azalması, qeyri-neft sektoru üzrə isə kəsirin 28,4% artması hesabına olub.
Bundan başqa cari əməliyyatlar balansına tsiklik tənzimlənən (cyclically-adjusted) komponent də təsir göstərir. Buna tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması deyilir. Bu göstəricini formalaşdıran aşağıdakı sahələrdə siyasət fərqləridir (policy gap): fiskal balans, səhiyyə xərcləri, monetar siyasət, kapital axınlarına nəzərət və s. Siyasət fərqi dedikdə, məsələn, həm ölkənin planladığı və mövcud olan fiskal siyasətləri arasındakı fərq, həm də ölkənin fiskal siyasəti ilə başqa ölkələrin fiskal siyasəti arasında olan fərq başa düşülür. Siyasət fərqləri və reqresiya tənliyinin qalıqlarını toplayanda tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması alınır. Bizim hesablamalarımıza görə, 2019-cu ildə Azərbaycanda Cari Əməliyyatlar Balansı faktiki olaraq ÜDM-in 9,7%-i, tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması isə 10%-i həcmində olub və 2018-ci illə müqayisədə müvafiq olaraq 3,2% və 2,7% azalıb. Cari Əməliyyatlar Balansına fiskal balans, ictimai səhiyyə xərcləri, özəl kredit, kapital axınlarına nəzarət, ehtiyatların dəyişməsi üzrə siyasət fərqləri nəticə etibarı ilə cəmi -0,03% təsir göstərib.
2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri əsasında hesablandıqda -31,1% hədəfə qarşı -26,6% təşkil edib. Bu nisbətin azalması Cari Əməliyyatlar Balansına müsbət təsir edir. 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.
2019-cu il üçün Azərbaycanda Cari Əməliyyatlar Balansının EBA-lite metodologiyası ilə hesabalanan dəyəri onun faktiki dəyərindən 1,6 faiz yüksəkdir. Bu isə onu göstərir ki, bizdə milli valyutanın real effektiv məzənnəsi yüksək qiymətləndirilib. Keçən il manatın real effektiv məzənnə kəsiri (REER Gap) 13,3% təşkil edib. Bu ilin ilk 6 ayında Cari Əməliyyatlar Balansında kəsirin yaranma ehtimalı və manatın nominal məzənnəsinin ticarət partnyoru olan ölkələrlə müqayisədə yüksəlməsi milli valyutanın real effektiv məzənnəsinin daha da bahalaşmasını deməyə əsas yaradır.”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
18 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb







.jpg)






.jpg)





.jpg)






