Ölkədə 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparıla bilər
Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən sonra təkrar əkinlər aran və dağətəyi bölgələrdə yerləşən 100 min hektara yaxın ərazidə aparıla bilər. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə, yaxud da 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.
Payızlıq taxıl biçini başa çatdıqdan sonra sahələr yeni əkinə qədər 90-120 gün boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə ikinci məhsul almaq mümkündür. Bu məqsədlə sahələrə 80-90 günlük vegetasiya müddəti olan hibrid qarğıdalı toxumları səpilə bilər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, aqrar sahə ilə yeni məşğul olan şəxslərin, həmçinin təsərrüfatlarını genişləndirmək istəyənlərin heyvandarlığa böyük maraq göstərdikləri müşahidə edilir:
“Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən nağd pul kreditlərində heyvandarlığa ayrılmış vəsait digər sahələrdən daha çoxdur. Bu, bizdən heyvandarlığın yem bazasının gücləndirilməsi üçün də addımlar atılmasını tələb edir. Digər tərəfdən, təkrar əkinlər fermerlər üçün il ərzində əlavə gəlir, torpağın strukturunun yaxşılaşması deməkdir. Nazirlər Kabinetinin 22 may 2020-ci il Sərəncamı ilə Dövlət büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsullarının istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış 5 milyon manat qısamüddətli vegetasiya dövrünə malik hibrid qarğıdalı toxumları alınması üçün fermerlərə birdəfəlik vəsait kimi ödəniləcək”.
Qeyd edək ki, təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda 40-60 s/ha bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həmdə iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
9 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
10 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
10 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
11 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

























