“Azərişıq” 30 milyon manatlıq 7 tenderə yekun vurub - QALİBLƏR
"Azərişıq" ASC ümumi məbləği 30 268 914 manat olan 7 açıq tenderə yekun vurub.
Bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir..
Beləliklə, səhmdar cəmiyyətinin "ASAN xidmət" mərkəzlərindəki layihələrinə tələb olunan müxtəlif ÖİN aksesuarlarının satın alınması üzrə 936 176 manatlıq tenderin qalibi "Elektro Company" MMC olub. 2017-ci ilin mart ayında 10 manat nizamnamə kapitalı ilə yaradılmış bu şirkətin qanuni təmsilçisi Mustafayev Gəray Alı oğludur.
“Azərişığ"ın "Beton ÖİN dayaqlar"ın satın alınması üzrə elan etdiyi 2 290 262 manatlıq tenderin qalibi isə “Enerji Təchizat Qrup” MMC olub. Əmrahova Xədicə Hüseyn qızının qanuni təmsilçi olduğu şirkət ötən ilin sentyabr ayında, 10 manat nizamnamə kapitalı ilə yaradılıb.
Qanuni təmçsilçisi Mirzəyev Əli Məmməd oğlu olan “Qardaşlar Mebel-3” MMC də “Azərişığ”ın qalib elan etdiyi şirkətlər arasındadır. Dövlət qurumuna müxtəlif mal-materialların satışını həyata keçirəcək kommersiya təşkilatı buna görə 138 084 manat alacaq. Qalib şirkət 2015-ci ildə, 50 manat nizamnamə kapitalı ilə yaradılıb.
Səhmdar cəmiyyətinin “ASAN xidmət” mərkəzlərindəki layihələrinə tələb olunan müxtəlif tipli qutu və panoların satın alınması üzrə 961 464 min manatlıq tenderin qalibi isə GBS MMC olub. Qanuni təmsilçisi Abbasov Xəqani Akif oğlu olan şirkət 2006-cı ilin sentya ayında, 1 785 manat nizamnamə kapitalı ilə yaradılıb.
Müxtəlif sərfiyyat mallarının satışı ilə məşğul olan “Mix Pro” MMC isə “Azərişığ”ın 1 648 389 manatlıq tenderinin qalibi olub. 2018-ci ilin yanvar ayında, 10 manat nizamnamə kapitalı yaradılmış şirkətin qanuni təmsilçisi Abdullazadə Nicat İlqar oğludur.
Qurumun elan etdiyi 17 264 667 manatlıq tenderin qalibi isə"Göknur Bakı LTD" MMC olub. Müxtəlif növ kabellərin satışını həyata keçirəcək şirkət 2003-cü ilin sentyabr ayında, 6 349 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Onun qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.
“Azərişığ”ın “ASAN xidmət” mərkəzlərindəki layihələrinə tələb olunan müxtəlif tipli dayaqların satın alınması mövzusunda elan etdiyi 7 029 874 manatlıq tenderin qalibi isə “Azelektro Service Co” MMC olub. Qanuni təmsilçisi Quliyev Paşa Baba oğlu olan şirkət 2017-ci ilin yanvar ayında, 20 manat nizamnamə kapitalı ilə yaradılıb.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
18 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub



























