Aqrar Sığorta Fondu TARSİM ilə əməkdaşlıq edəcək
Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazir İnam Kərimov və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazir İnam Kərimov qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. O bildirib ki, 2019-cu ildə Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib:
“Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək”.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən aqrar sektorun inkişaf etdiyini deyən Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metin qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var:
“Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımları yüksək dəyərləndiririk. Türkiyə Azərbaycanda aqrar sığortanın tətbiqi və inkişafı üçün təcrübə mübadiləsi və texniki dəstək göstərməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan aqrar sığorta modeli region ölkələri üçün nümunə olacaq”.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, aqrar sığorta sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan Respublikasının Aqrar Sığorta Fondu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında kənd təsərrüfatı sığortası sahəsində Niyyət Bəyannaməsinin imzalanma mərasimi keçirilib. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və TARSİM-in baş direktoru Serpil Günal imzalayıb.
Niyyət Bəyannaməsi iki ölkə arasında aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
22 saat sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 23 d. əvvəl
- 51 d. əvvəl
-
53 d. əvvəl
İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində hesablar tam onlayn açılır
-
1 saat əvvəl
"TuranBank" Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyasından 2 milyon dollar da cəlb edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan “Netflix” platformasında təbliğat xarakterli məlumatlar yerləşdirəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Əmlak bazarında qiymət sıçrayışı: Yasamal artımda liderdir
Leysan və dolu düşəcəyi barədə xəbərdarlıq edildi
Ən çox oxunanlar
Azərbaycan "Samruk-Kazyna" fondu ilə yaşıl enerji layihələrinin birgə həyata keçirilməsini müzakirə edib
Dövlət Agentliyinin sədrinə müşavir vəzifəsinə təyin edilib
“ALPA” ASC-nin xalis mənfəəti kəskin azalıb
Bank sektorunun aktivləri bir ayda 1,8 milyard manat artıb – 61 MİLYARD MANATA YAXINLAŞIB
Bank Şuşada yeni filialını istifadəyə verib
Bank sektorunda işçi sayı ilin əvvəlindən cəmi 73 nəfər artıb
Mərkəzi Bank “Tiko Azərbaycan”a icrası məcburi göstəriş verib









.webp)









