Azərbaycan otellərində Novruz şənliyi qiymətləri - YENİLƏNİB
Novruz Bayramı yaxınlaşır, bu bayram ilə əlaqədar olaraq Azərbaycanda 5 gün qeyri-iş günü olacaqdır. Bir çoxları Novruz Bayramını unudulmaz keçirməyi, rayonlara və ya ölkə xaricinə səyahət etməyi planlaşdırır.
“Marja”nın məlumatına görə, artıq Azərbaycanın regionlardakı beşulduzlu mehmanxanlar Novruz Bayramı münasibətilə öz təkliflərini təqdim etməyə başlayıblar.
Marja-nın əməkdaşının mehmanxanalardan və turizm şirkətlərindən əldə etdiyi məlumatları təqdim edir.
CƏNUB ZONASININ ƏN MÖHTƏŞƏM OTELİNDƏN EKSKLYUZİV QİYMƏTLƏR
Lənkəranın Haftoni qəsəbəsində yerləşən, meşə və dağlardan ibarət gözəl mənzərə ilə əhatə olunmuş “Lankaran Springs Wellness Resort” otel Novruz bayramı proqramını açıqlayıb. Proqram 20 Mart – 22 Mart günlərini (2 gecə/3 gün) əhatə edir.
Beşulduzlu sağlamlıq oteli bildirir ki, turistlərin Novruz bayramını unudulmaz keçirməsi üçün eksklyuziv qiymətlər təqdim olunur. Belə ki, 2 gecə/3 gün üçün qiymətlər 2 nəfər üçün 650 manatdan başlayır. Balkonlu standart otaq 650 manat, terraslı standart otaq üçün qiymət 700 manatdır. 6 yaşadək uşaqlar ödənişsizdir.
2 nəfər üçün nəzərdə tutulmuş bu qiymətlərə 20 və 21 Mart tarixlərində üç dəfə açıq buffet qidalanma, Kosa, Keçəl və Bahar qızının iştirakı ilə qonaqların qarşılanması, Novruz xonçası, Barbekü qonaqlığı, milli rəqslər, incəsənət sərgisi, Muğam ifası, “Nənələr” qrupunun çıxışı, canlı musiqi proqramı daxildir. Həmçinin, hovuz və fitness mərkəzindən istifadə, SPA: Sauna (quru və buxar), Türk hamamı, buz otağı, termal hovuz və.s uşaqlar üçün bir sıra əyləncələr daxildir.

ŞABRANDAKI KUROT KOMPLEKSİ DƏ BAYRAM ŞƏNLİYİNƏ DƏVƏT EDİR
Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən müalicəvi-bərpa kurort kompleksi “Qalaaltı Hotel & Spa” da sizləri şən, maraqlı və əyləncə dolu bayram şənliyinə dəvət edir.
Novruz şənlikləri paket olaraq 20-24 mart tarixləri arasında istənilən ardıcıl 2 gecəni (20-22 mart və ya 21-23 mart) əhatə edir. Qiymət 2 gecə, 2 nəfər üçün 650 manatdır. 0-5 yaş uşaqlar ödənişsizdir.
Novruz proqramına Kosa, Keçəl və Bahar qızının iştirakı ilə qonaqların qarşılanması, Novruz xonçası, milli rəqslər, qonaqlarla milli oyunların keçirilməsi, yumurta döyüşü, gündə üç dəfə qidalanma (zəngin açıq bufet), Muğam saatları, Novruz tonqalı, açıq havada növbənöv yeməklər, canlı musiqi, uşaqlar üçün oyunlar daxildir.

QUBA PALACE HOTEL-DƏN NOVRUZ BAYRAMI QİYMƏTLƏRİ
Quba şəhərində 5 ulduzlu otel "Quba Palace Hotel"də Novruz Bayramı qiymətlərini açıqlayıb. 20 -24 Mart tarixlərində 1 gecə/2 gün üçün qiymətlər 250 manatdan başlayır. Belə ki, dağ mənzərəli “Deluxe” otaq 250 manat, göl mənzərəli “Deluxe” otaq 270 manatdır. Qiymət 2 nəfər üçün nəzərdə tutulub. Qiymətlərə oteldə gecələmə, səhər və şam yeməyi, Spa xidmətləri (qapalı hovuz, türk hamamı, sauna, fitness) daxildir.

QƏDİM ŞƏKİDƏ NOVRUZU LÜKS QARŞILAMAĞIN XƏRCİ
Novruz bayramını Şəkidə, qədim Kiş kəndinin girəcəyində yerləşən “Marxal Resort & Spa" kompleksində də keçirə bilərsiniz.
20 - 24 Mart tarixlərində "Marxal Resort & Spa" kompleksində 2 nəfərin 1 gecə qalması üçün qiymətlər 340 manatdan başlayır. Belə ki, Standard otaq (eyvansız) 340 manata, Standard otaq (eyvanlı) 370 manata, Triple otaq 470 manata, Deluks Suite otaq 430 manata, Künc Suite otaq 450 manata, Ambassador Suite otaq 1060 manata, iki nəfərlik villa 450 manata, Standard Villa (4 nəfərlik) 690 manata, orta ölçülü villa (6 nəfərlik) 1030 manata, böyük ölçülü villa (8 nəfərlik) 1320 manata təklif olunur. Minimal 2 gecə sifariş olunmalıdır.
Paket qiymətlərinə gün ərzində 3 dəfə qidalanma (açıq bufet), gündəlik əyləncə proqramları, Şəki şəhər turu, pulsuz SPA xidmətləri (qapalı hovuz, fitnes, türk hamamı, quru sauna və nəm buxar) daxildir.
“Marxal Resort & Spa"nın əlavə çarpayı şərtlərinə görə, 0 - 4 yaş aralığında olan uşaqlar üçün heç bir ödəniş tələb olunmur. 4 - 11 yaş aralığında olan uşaqlar üçün hər gecə əlavə çarpayı, gün ərzində 3 dəfə qidalanma 60 manat təşkil edir. 12 və yuxarı yaş həddi olan uşaqlar üçün hər gecə əlavə çarpayı, gün ərzində 3 dəfə qidalanma 120 manat təşkil edir.

"Shamakhi Palace Sharadil" mehmanxanası da 21 mart tarixindən başlayaraq 2 gecə, 3 gün keçiriləcək Novruz şənliyinə, iki nəfər üçün 890 manatdan başlayan qiymətlərlə rezervasiya təklif edir.
Qiymətə gündə 3 dəfə qidalanma, hər 2 gün canlı musiqi, şou proqram və növbənöv əyləncələr daxildir.

Turizm şirkətlərindən birir yaydığı məlumata görə, Novruz Bayramı tarixləri üçün ölkədaxili otellərdə qiymətlər:
- Quba Cənnətbağı 4* - 240 azn (1 gecə)
- Xızı Altıağac 5* - 250 azn (1 gecə)
- Agsaray Deluxe & Spa * - 140 azn (1 gecə)
- Sakitgöl 5* - 170 azn (1 gecə )
QİYMƏTƏ DAXİLDİR:
- Komfortlu otaqlarda gecələmə (Paketə uyğun olaraq 1 və ya 2 gecə)
- Paketə müvafiq olaraq qidalanma (BB, HB, FB)
- Fitness və SPA xidmətləri
- Novruz Şou Proqramı
- Canlı musiqi
Qeyd: Qiymət 2 nəfər üçün hesablanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
23 d. əvvəl
Reuters": İran müvəqqəti atəşkəs qarşılığında Hörmüz boğazını açmayacaq
-
33 d. əvvəl
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
-
-
1 saat əvvəl
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Bank" tarixi səhm satışı ilə 51,3 milyon manat cəlb etməyi hədəfləyir
-
1 saat əvvəl
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
2 saat əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın




















