Gəlirləri 50 milyon manatı, mənfəəti isə 10 milyon manatı aşıb
Ötən il rebrendinq etmiş “Rabitəbank” ASC 2019-cu ili 11 milyon 119 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 3,6 dəfə artıb. “Rabitəbank” 2018-ci ili 3 milyon 124 min manat xalis mənfəətlə bağlamışdı. Qeyd edək ki, xalis mənfəətdəki artım Bankın cari gəlirlərinin artmasından qaynaqlanır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il bir əvvəlki illə müqayisədə “Rabitəbank”ın cəmi gəlirləri 6 milyon 342 min manat və ya 13,9% artaraq 51 milyon 997 min manata yüksəlib. Bank 2018-ci ildə 45 milyon 655 min manat cəmi gəlir əldə etmişdi.
2018-ci ildə “Rabitəbank”ın faiz gəlirləri 35 milyon 361 min manat ikən, 2019-cu ildə 41 milyon 838 min manata təşkil edib.
2018-ci illə müqayisədə 2019-cu ildə “Rabitəbank”ın cəmi xərcləri 3 milyon 586 min manat və ya 9,7% artaraq 40 miylon 543 min manata yüksəlib. 2018-ci ildə Bankın cəmi xərcləri 36 milyon 958 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ötən il “Rabitəbank”ın cəmi gəlirləri cəmi xərclərini üstələdiyindən 11 milyon 454 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 335 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və Bank ötən ili 11 milyon 119 min manat xalis mənfəətlə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Rabitəbank”ın əməliyyat mənfəəti 8 milyon 697 min manat təşkil etmiş, əməliyyat mənfəətinin 5 milyon 574 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrıldığından 3 milyon 124 min manat xalis mənfəət qalmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “Rabitəbank”ın cəmi aktivləri 32 milyon 128 min manat azalaraq 739 milyon 984 min manata düşüb. Bank 2018-ci ilin sonunda 772 milyon 112 min manat cəmi aktivlərə malik idi.
Ötən il müştərilərə verilmiş kreditlər 59 milyon 173 min manat və ya 18,6% artaraq 376 milyon 938 min manata yüksəlib. 2018-ci ilin sonunda Bankın müştərilərə verdiyi cəmi kreditlər 317 milyon 764 min manat təşkil etmişdi.
31 Dekabr 2019-cu il tarixində "Rabitəbank" 114 milyon 31 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
“Tegeta Motors Baku” və “Bridgestone” korporativ və topdansatış müştəriləri üçün ikigünlük təlim təşkil edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
21 d. əvvəl
Mərkəzi Bank kreditlərlə bağlı mühüm qərarını şərh etdi - Noyabrın 9-dan qüvvəyə minəcək
- 35 d. əvvəl
-
52 d. əvvəl
Tramp Səudiyyə Ərəbistanına hücum edən husilərə sərt reaksiya verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
BVF dünya iqtisadiyyatının artım proqnozunu yüksəldib – Ölkələr üzrə yeni gözləntilər açıqlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mərkəzi Bank kreditlərlə bağlı mühüm qərarını şərh etdi - Noyabrın 9-dan qüvvəyə minəcək
Tramp Səudiyyə Ərəbistanına hücum edən husilərə sərt reaksiya verdi
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BVF dünya iqtisadiyyatının artım proqnozunu yüksəldib – Ölkələr üzrə yeni gözləntilər açıqlanıb
BVF Azərbaycan iqtisadiyyatının artım proqnozunu azaldıb, inflyasiya gözləntisini yüksəldib – Yeni rəqəmlər
BVF neftin qiyməti üzrə proqnozlarını kəskin artırıb
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
“Tegeta Motors Baku” və “Bridgestone” korporativ və topdansatış müştəriləri üçün ikigünlük təlim təşkil edib ®























