"Avtomobili olan hər bir şəxs taksi xidmətinə başlaya bilməyəcək"
Azərbaycanda taksi xidməti ilə bağlı baza yaradılacaq
Prezident İlham Əliyevin yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən taksi xidməti və taksi sürücüləri ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində müəyyən işlər görülür.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, dövlətimizin başçısı nazir Ramin Quluzadəni qəbul edən zaman yük avtonəqliyyat vasitələri, yerli daşıyıcıların mənafelərinin müdafiəsi, onların beynəlxalq bazara çıxışının daha da optimallaşdırılması, regionlarda taksilərin vəziyyəti, taksi xidməti göstərən daşıyıcılar, onlarla bağlı ümumi mənzərə, taksi sürücülərinin tibbi müayinədən keçirilməsi və sair bu kimi məsələlər müzakirə olunub.
Qarşıya qoyulan tapşırıqlardan biri də taksi xidməti və taksi sürücülərinin tibbi müayinəsi ilə bağlıdır. Qəbulda səsləndirilən bütün mövzuların araşdırılması üçün DANX-ın nəzdində işçi qrupu yaradılıb və taksilərlə bağlı ilkin təhlillər aparılıb. Əldə olunan nəticələrə əsasən, ölkə üzrə təxminən 44 min rəsmi və qeyri-rəsmi taksi fəaliyyət göstərir. Bu taksilərin 27 mini Bakının, 17 mini isə regionların payına düşür. Regionlarda xidmət edən 17 min taksidən 3800 ədədi fərqlənmə nişanı ilə, 13 mindən çoxu isə fərqlənmə nişanı almadan qeyri-rəsmi fəaliyyət göstərir.
N.Allahyarova qeyd edib ki, aparılan statistikaya uyğun Daxili İşlər Nazirliyinin mövcud strukturu ilə baza işlənməsi prosesi həyata keçiriləcək. Bazada rəsmi və qeyri-rəsmi qeydiyyatda olan taksi xidmətləri barədə məlumat olacaq və onlarla bağlı ciddi təhlillər aparılacaq. Artıq nəqliyyat vasitəsi olan hər bir şəxs taksi xidmətinə başlaya bilməyəcək.
Sektor müdiri vurğulayıb ki, qanunvericilikdə yer alan boşluqlardan biri də taksi xidməti göstərən sürücülərin bu fəaliyyətə başlaması üçün əldə etməli olduqları fərqlənmə nişanının vergi öhdəliyi ilə kifayətlənməsidir. Bizim təklifimiz daha yeni bazanın hazırlanmasıdır. Bu, özündə həm fərqlənmə nişanını ehtiva edən bir sənəd olacaq, həm də kimin bu xidməti hansı avtonəqliyyat vasitəsilə, hansı ərazidə göstərə biləcəyini, avtonəqliyyat vasitəsinin ilini, vəziyyətini, kamfortunu, təhlükəsizliyini və sürücünün ümumi göstəricilərini uyğunlaşdırmaq üçün qoyulan qaydaları özündə əks etdirəcək. Bu qaydalara uyğun olmayanlar fərqlənmə nişanı əldə edə bilməyəcəklər. Artıq bununla bağlı hökumətə müraciət olunub. Hazırladığımız meyarlar, göstəricilər ona gətirib çıxaracaq ki, bu sahədə çalışan sürücülərin bazası da hazırlanacaq. Həmin sürücülər həvəskar, bu sahəni sırf gəlir mənbəyi kimi görən sürücülərdən olmamalıdır. Onların bir neçə il peşəkarlıq qabiliyyəti də göstəricilər sırasında yer alacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri R.Quluzadəni qəbul edərkən taksi xidmətinin inkişafı ilə bağlı deyib: “Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
- 21 d. əvvəl
-
13 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
13 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
14 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
14 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Odero, Visa Ready Full sertifikasiyasını uğurla tamamladı
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb

















