Azərbaycan sığortaçıları aktivlərini 7% artırıb - İCMAL
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin məcmu aktivləri 2017-ci il yanvarın 1-nə 898,106 mln. manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə (ləğvetmə prosesində olan şirkətlər nəzərə alınmadan) 6,9% çoxdur. Sığortaçılardan 14-ü aktivlərini artırıb, 7-si isə azaldıb.
Hesabat ilində şirkətlərin cəmi uzunmüddətli aktivləri 37,3% artaraq 110,381 mln. manat, qısamüddətli aktivləri isə 3,7% artaraq 787,725 mln. manat olub. 15 şirkət uzunmüddətli aktivlərini, 10 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığorta sektorunun cəmi öhdəlikləri 6,1% artaraq 449,258 mln. manat olub. Sığortaçılardan 9-da öhdəliklər artıb, 12-də isə azalıb. O cümlədən, şirkətlərin uzunmüddətli öhdəlikləri 7,1% artaraq 433,797 mln. manat, qısamüddətli öhdəlikləri isə 15% azalaraq 15,461 mln. manat olub. 10 şirkət uzunmüddətli öhdəliklərini, 8 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığortaçıların cəmi kapitalı 7,7% artaraq 448,848 mln. manata, nizamnamə kapitalı isə 4,7% artaraq 320,302 mln. manata çatıb. Bazar iştirakçılarından 17-si cəmi kapitalını, 4-ü isə (dövlət məxsus “Azərsığorta”, eləcə də “Qala Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər) nizamnamə kapitalını artıra bilib.
2016-cı ildə sığorta sektorunun cəmi gəlirləri 585,452 mln. manat olub ki, bu da 2015-ci ilə nisbətən 7% çoxdur. Sektorun xərcləri isə 18,1% artaraq 502,742 mln. manat olub. Sığortaçılardan 9-nun gəlirləri, 11-nin isə xərcləri artıb.
Ötən ilin yekununda şirkətlərin ümumi maliyyə mənfəəti 82,71 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 31,9% azdır. 7 şirkətdə maliyyə mənfəəti artıb, 12 şirkətdə azalıb. 2 şirkət (“Standard Insurance” və “Başak İnam Sığorta” ASC-lər) isə maliyyə zərərinə uğrayıb (həmin şirkətlər əvvəlki il maliyyə mənfəəti əldə ediblər).
2016-cı ildə sığorta sektoru 17,617 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2015-ci ilə nisbətən 24,6% azdır. Ötən il 21 şirkətdən 3-ü vergi ödəməyib ki, bunlardan 2-si yuxarıda qeyd olunan zərər etmiş şirkətdir. Vergi ödəməmiş 3-cü şirkət isə maliyyə mənfəətini 3 dəfədən artıq artırmış “Amrah Sığorta” ASC-dir. Maraqlıdır ki, “Amrah Sığorta” 2015-ci ildə də mənfəət vergisi ödəməyib. Halbuki, şirkət əvvəlki ili də mənfəətlə mənfəətlə başa vurub.
Ötən ilin yekununda Azərbaycan sığortaçılarının ümumi xalis mənfəəti isə 65,094 mln. manat olub. Bu da əvvəlki illə müqayisədə 33,7% azdır. 2016-cı ildə maliyyə mənfəətini artırmış 7 şirkət həm də xalis mənfəətini artırıb. Yalnız bir şirkət – “Atasığorta” maliyyə mənfəətini artırmağı bacarmasa da, xalis mənfəətini artıra bilib.
© Report
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
- 12 d. əvvəl
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
2 saat əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
2 saat əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
14 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
15 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
15 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
15 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Ən çox oxunanlar
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır



























