Neft Fondu büdcəyə 11,4 milyard manat köçürüb - MALİYYƏ NAZİRLİYİ MƏLUMAT YAYDI
Maliyyə Nazirliyi ötən il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatı açıqlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon manat, xərcləri 24 milyard 404,8 milyon manat olub.
Keçən il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon manat və ya proqnoza qarşı 1 milyard 31,6 milyon manat çox (4,5 faiz çox) icra edilib. Bu 2018-ci illə müqayisədə 1 milyard 690,7 milyon manat və ya 7,5 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10 milyard 595,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 127,4 milyon manat və ya 11,9 faiz, 2018-ci illə müqayisədə isə 1 milyard 486,7 milyon manat və ya 16,3 faiz çoxdur.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 672,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 356,1 milyon manat və ya 4,9 faiz, 2018-ci illə müqayisədə isə 256,6 milyon manat və ya 3,5 faiz çoxdur.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4 milyard 408,6 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 706,6 milyon manat və ya 19,1 faiz, 2018-ci illə müqayisədə isə 974,6 milyon manat və ya 28,4 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 364,3 milyon manat vəsait transfert edilib.
2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 milyon manat, sair daxilolmalardan 164,5 milyon manat vəsait dövlət büdcəsinə daxil olub.
Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7 milyard 328,4 milyon manat icra edilib.
Ötən il dövlət büdcəsinin xərcləri 96,9 faiz və ya 24 milyard 404,8 milyon manat icra olunub ki, bu da 2018-ci illə müqayisədə 1 milyard 673,2 milyon manat və ya 7,4 faiz çoxdur.
2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13 milyard 514,4 milyon manatı və ya 55,4 faizi cari xərclərə, 9 milyard 366,1 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə, 1 milyard 524,3 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 714,2 milyon manat icra olunub.
2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2 milyard 22 milyon manat kəsirdən 1 milyard 816,8 milyon manat və ya 9,9 dəfə azdır. Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilib.
Ötən ilin icmal büdcəsinin gəlirləri 33 milyard 818,3 milyon manat olub ki, bu da proqnoza nisbətən 4 milyard 583,5 milyon manat və ya 15,7 faiz, 2018-ci illə müqayisədə isə 2 milyard 893,6 milyon manat və ya 9,4 faiz çoxdur. İcmal büdcəsinin xərcləri 26 milyard 475,6 milyon manat 96,7 faiz təşkil edib.
2019-cu ilin icmal büdcəsində 7 milyard 342,7 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza (1 milyard 863,9 milyon manat) nisbətən 5 milyard 478,8 milyon manat və ya 3,9 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
20 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
23 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq


























