DSMF-nin gəlirləri 20%-ə yaxın artıb
Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 20 faizə yaxın artıb.
Bu barədə "Marja"ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, Prezidenti İlham Əliyev tərəfindən iqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi, sosialyönümlü iqtisadi siyasətin gerçəkləşdirilməsi cari ilin birinci rübündə də sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz müsbət təsirini göstərib. 2017-ci ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizə yaxın artaraq 905,3 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 12 faizə yaxın artaraq 464,2 milyon manat təşkil edib. Fonda daxilolmaların 63,6 faizi və ya 295,3 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da keçən ilin ilk rübünə nisbətən 11,2 faiz və ya 30 milyon manat çox olmaqla, proqnozun 102,5 faiz icra edildiyini göstərir.
Fonda ümumi daxilolmaların səviyyəsi cari ilin ötən dövründə pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Həmçinin əldə edilmiş maliyyə imkanları nəticəsində mart ayı üzrə pensiyaların Novruz bayramı ərəfəsində, mart ayının birinci yarısında maliyyələşdirilməsi yekunlaşdırılıb. Yanvar-mart aylarında ölkə üzrə pensiyaçıların sayı cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz və ya 3 771 nəfər artaraq 1 319 000 nəfərə çatıb.
Azərbaycan Respublikasının Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamına əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsinə uyğun olaraq cari ilin yanvar ayından 12,4 faiz artırılması təmin olunub. Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq 01 aprel tarixinə 202,38 manata çatıb. Həmçinin ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 44,9 faiz təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.
Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə ilin əvvəlinə nisbətən 2,13 faiz artaraq 01 aprel 2017-ci il tarixə 3 443 760 nəfərə çatıb.
Əhalinin sığorta-pensiya münasibətləri sahəsində xidmətlərdən elektron qaydada, rahat və şəffaf şəraitdə faydalanması, bu sahədə xidmətlərin online rejimdə sadələşdirilməsi üçün ötən dövrdə aparılan mühüm işlər hesabat dövründə də davam etdirilib. Belə ki, sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayı azaldılaraq vahid rüblük hesabatla əvəz edilib. Bununla əlaqədar artıq cari ilin 01 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















