Aqrar sığorta ilə bağlı yeni qərar - İZAHI
Nazirlər Kabinetində Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb. Beləki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində:
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə
- buğda;
- arpa;
- qarğıdalı;
- kartof;
- şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə
- portağal;
- limon;
- naringi;
- çay;
- tütün;
- çəltik;
- üzüm;
- fındıq;
- pambıq.
Heyvandarlıq sahəsində
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -
- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar
Suda yetişdirilən məhsullar üzrə
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə
- Balıqların
sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması
- İnvestisiya risqlərini azaldacaq;
- Fermerlərin himayəsini gücləndirəcək;
- İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;
- Məşğulluğa müsbət təsir edəcək;
- Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;
- Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;
- Ərzaq təhlükəsizliyinə töhfə verəcək
- Sığorta bazarını gücləndirəcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr tarixli 479 saylı qərarı ilə Aqrar sığorta predmetinin tərkibi təsdiq edilib.
Qərara görə, Aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq daxildir.
Bununla yanaşı, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, akvakultura məhsulu üzrə balıqlar aid edilir.
Qeyd edilib ki, hər il üçün sığorta məhsulları bu siyahının 1-ci hissəsində göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15- dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
-
1 saat əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
1 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
-
1 saat əvvəl
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Ən çox oxunanlar
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib

























