İçərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlandı
Ukraynanın Poltava, Xmelnitski və Vinnitsa vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 3 ağır tonnajlı maşın oğurlanıb.
Yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən “Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev bildirib ki, yükü kərə yağı olan maşın Poltava ərazisində yoxa çıxıb.
Yük Azərbaycan investisiyalı “Dapra LTD” şirkətinə məxsusdur. S. Sarıyev qeyd edib ki, yük avtomobilinin sürücüsü Oleksandr Simishko tapılıb və polisə ifadə verib: “Onun ifadəsindən maraqlı faktlar üzə çıxıb. Sürücü bildirib ki, yük yola salınan zaman maşında nasazlıq olub, maşının sahibi Sergey Mixayluk xaricdə səfərdə olduğu üçün ona nəzarət üçün təhkim olunmuş Kiril adlı şəxsə zəng edib. Kiril maşının ona verməsini və gözləməsini bildirib. Lakin sonradan nə Kirildən, nə də maşından xəbər çıxıb”.
Digər Azərbaycan şirkətinə göndərilən konserv üçün xammallardan ibarət yük maşınlarından birinə cavabdehlik daşıyan Dmitri Mixaylus isə bildirib ki, onlara məxsus bir yük maşını Xmelnitski, digər eyni yüklü (Azərbaycana göndərilən) maşın isə Vinnitsa vilayətində oğurlanıb. Onun sözlərinə görə, yüklərin maşınların sahibi olduğu ukraynalılar tərəfindən "yoxa çıxarıldığı" ehtimal olunur: "Hər maşında yük təxminən 300000 ABŞ dolları dəyərindədir".
APA-nın əldə etdiyi məlumata görə, son günlər Ukraynanın Kiyev də daxil olmaqla müxtəlif vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 5 maşın oğurlanıb.
“Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib ki, oğurlanan maşınlardan birindəki yük onların şirkətinə məxsusdur. A. Səfərov yükün nədən ibarət olması barədə məlumata malik olmadığını bildirib. O, içərisində digər Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların Ukraynada oğurlanması barədə onlarda məlumat olduğunu da deyib.
Bir müddət əvvəl Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu oğurlanan 10 maşından 2-dəki yüklərin çatdırılmasına cavabdehlik daşıyan azərbaycanlı iş adamı, İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, onun cavabdehlik daşıdığı yüklərin oğurlanmasında maşınların məxsus olduğu yerli “Transimpeks LTD” şirkətinin əli olduğu ehtimal edilir: “Çox təəssüf ki, yerli hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmur və nəticə yoxdur. Ehtimal edirik ki, maşınların oğurlanmasında şübhəli bilinən maşın sahibləri ümumi şəbəkəyə xidmət edir. Bu, biz azərbaycanlı iş adamlarını ciddi narahat edir. Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etsək də, heç bir nəticə yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 10 ağır tonnajlı maşın oğurlanıb. Maşınlar yükləri ilə birdə Ukraynanın Xmelnitski və Çerniqov vilayətlərində yoxa çıxıb.
© APA
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 46 d. əvvəl
-
1 saat əvvəl
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
-
1 saat əvvəl
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
-
1 saat əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
2 saat əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
2 saat əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
Ən çox oxunanlar
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
Nobel Sülh mükafatının laureatı məlum olub
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı




















