Yüzlərlə vətəndaş iri şirkəti məhkəməyə verir - "BUNUN SONU OLMALIDIR"
250-dən artıq səhmdarın imzası ilə iri sement istehsalçısı "Holcim Azərbaycan" ASC məhkəməyə verilir. Səhmdarların hüquqlarının pozulduğu və şirkətin səriştəsiz idarə edildiyi iddia olunur.
Xəbər verdiyimiz kimi "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları hüquqlarının pozulmasından və uzun illərdir dividend ödənilməməsindən şikayət edirlər. Onların ASC-nin rəhbərliyi ilə aparılan danışıqları nəticəsiz qalıb.
“Marja” xəbər verir ki, ötən şənbə günü fiziki şəxs səhmdarlar yığncaq keçirərək çıxış ediblər.
Yığıncaqda qocaman səhmdar Mirzağa Mənsumov bildirib: “Bizim mübahisəmiz ödənilməyən dividendlər haqqındadır. Qaradağ Sement Zavodunu idarə edən "Holcim Azərbaycan"nın rəhbəri hər iki ildən bir dəyişir. Hər yeni direktor vəd verir, amma heç biri verilən vədə əməl etmir, çıxır gedir ölkəsinə, bunun sonu olmalıdır. Şirkət son 20 il ərzində cəmi 3 dəfə dividend ödəyib. Ölkə rəhbərliyi iş adamları üçün ölkədə şərait yaradıb. Xarici investorların ölkəmizdə işləməsini alqışlayırıq. Amma nə üçün bizim halal haqqımızı vermirlər?”.
40 il həmin zavodda işləyən biri kimi deyə bilərəm ki, Qaradağ Sement Zavodu zərər ilə işləyə bilməz. Çünki sement istehsalında istifadə edilən xammalar Azərbaycanın özündədir. Bizə verilən məlumata görə yeni zavod 450 milyon manat avroya tikilib. 450 milyon avroya tikilən yeni zavod böyük xərclə işləməməlidir. Bizə hər il deyirlər ki, zavod zərər ilə işləyir. Sement zavodu zərər ilə işləyə bilməz. Xahiş edirəm əlaqədar təşkilatlar buna baxsınlar”.
Səhmdar Elşad Əliyev deyib: “Qərara gəlmişik ki, haqqımızı tapdaladıqlarına, zavodu səriştəsiz idarə etdiklərinə görə "Holcim Azərbaycan" ASC-yə qarşı iş açaq. 250-dən artıq səhmdar imza atıb.Yaxın günlərdə onların imzaları ilə məhkəməyə müraciət edəcəyik. Biz sakit dayanmamşıq. Bir sıra dövlət orqanlarına müraciət edib cavablar alırıq”.
Səhmdar Akif Nəcəfli bildirib: “Böyük bir şirkət 1 milyon, 7 milyon gəlir göstərir. Bu bizi alçaldır. Balaca şirkətin gəliri Qaradağ Sement Zavodunun gəlirindən çoxdur. Vergilər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatsaına yazmışıq.Hətta İcra Hakimiyyətində olmuşuq. Bizi vəkil ilə təmin edəcəklərini bildiriblər. Təəssüflər olsun ki, dövlət qurmları məsələni “bizim səlahiyyətimizdə deyil” bildirərək bir-birlərinə göndərirlər”.
“Yerli icra hakimiyyəti orqanları haqqımızı tələb etməyimizdə bizə kömək etmirlər”, -yığıncaqda bildirilib.
Yığıncaqda, məhkəmənin səhmdarların hüquqlarını bərpa edəcəyinə ümid olduğu qeyd edilib. Azərbaycanda məsələ həll edilməsə Avropa Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək “Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qəbulunda olublar.
Ətraflı aşağıdakı videoda:
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 4 gün sonra
-
- 1 gün sonra
-
1 gün əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
1 gün əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Ən çox oxunanlar
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər
























