Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364% artırdı
(®) Beynəlxalq araşdırmalara əsasən Azercell Telekom-un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir.
Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə ilk olaraq tətbiq edən Azercell Telekom 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364% genişləndirdi. Hazırda ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256% yüksəliş qeyd olunub. Son bir ildə Azercell-in 1129 yeni LTE stansıyası quraşdırılıb. Azercell şəbəkəsində 4G/LTE traffiki ümumi data trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26% artım deməkdir.
Avropanın Systemics şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində Azərbaycanın bütün regionları üzrə Azercell sirkətinin daha ustün 4G/LTE xidməti göstərdiyi təsdiq olunub.
“Azercell özünün 4G şəbəkəsini 100% genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil data istifadəsini əlçatımlı və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda Azercell-in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi nəticəsidir.”-deyə Azercell Telekom-un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov bildirib.
Qeyd edək ki, bu ilin noyabr ayının 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən Azercell Telekom ən yeni nəsl mobil rabitə texnologiyası üzrə araşdırmaları davam etdirərək gələcəkdə bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 27 d. əvvəl
-
50 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
3 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
3 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®




























