23 hektarda yenidən becərilib

Abşeron yarımadasının altı “qara qızıl” olduğu kimi üstü də qızıla bərabərdir. Bu torpaqlarda respublikanın bir çox yerində yetişməyən qiymətli məhsullar becərilir. Vaxtilə şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi adlandırdığımız zəfəran da həmin bitkilərin sırasına daxildir. Dünyada ən qiymətli kənd təsərrüfatı məhsullarından biri olan zəfəran bir çox ölkələrdə, xüsusən İranda, İspaniyada, Portuqaliyada yetişdirilir. Onun dünya üzrə ən böyük istehsalı İspaniyaya məxsusdur. Lakin XX əsrin ortalarında Abşeron yarımadasında da 16 tondan çox quru zəfəran istehsal olunmuşdu.
Dəyəri dünya bazarında qızıla bərabərdir
Tarixdən məlumdur ki, vaxtı ilə kiçik bir torba zəfəranın qiymətinə Həcc ziyarətinə gedib-gələnlər olub. Bu baxımdan belə qiymətli bitkinin yetişdirilməsi ixrac potensialının artırılmasında, ölkəyə əlavə valyuta gətirilməsində də mühüm rol oynaya bilər. Həm qida, həm də əczaçılıq sənayesində mühüm xammal hesab olunan zəfəranın dünya bazarında qramı növ və keyfiyyətindən asılı olaraq 5-35 avro arasında dəyişir. Lakin hazırda bu səmərəli sahə bir qədər kölgədə qalıb. Qeyd etmək yerinə düşər ki, Abşeron zəfəranının keyfiyyətinə görə tayı-bərabəri yoxdur. Düzdür, hazırda ölkəmizə İrandan gətirilmiş zəfəran da satılır. Ancaq onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilir ki, onların arasında çox böyük fərq var. İspaniya, Portuqaliya zəfəranı keyfiyyətcə İran zəfəranından da geri qalır. Zəfəranın ən keyfiyyətlisi məhz Abşeron torpağında yetişir. Sözsüz ki, məhsulun bu qədər keyfiyyətli olmasına iqlim şəraiti də təsir göstərir.
Zəfəran Azərbaycan torpağında becərilən ən qədim bitkilərdəndir
Tarixi mənbələrə görə, zəfəran Azərbaycana VIII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. O zaman Dərbənd ərazisində, Ağdam, Salyan və Gəncə ətrafında zəfəran becərilirmiş. Xüsusən də Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişlidir. Həsən bəy Zərdabi yazırdı ki, zəfəran Azərbaycan torpağında becərilən ən qədim bitkilərdən biridir. 1927-ci ildə Bilgəhdə “Zəfəran” sovxozu da yaradılmışdı. 140 hektar sahəsi olan sovxozda il ərzində 140-150 kiloqram quru zəfəran istehsal olunurdu. İndi də respublikamızın müxtəlif yerlərində zəfəran becərilir. Amma bununla nəinki xarici, heç daxili tələbatı da qarşılamaq mümkün deyil. Bu da ondan irəli gəlir ki, indi sovxozlar, təsərrüfat sahələri yoxdur. Şair, publisist Nüsrət Kəsəmənlinin sözlərinə bəstələnən mahnıda deyildiyi kimi, açılan süfrələrdə yerin görünür hər an, zəfəran, ay zəfəran...
Təkcə Bilgəh qəsəbəsində salınmış keçmiş sovxozun ərazisində 23 hektarlıq zəfəran bağı qorunub saxlanılır və bir də ayrı-ayrı şəxslər öz həyətyanı sahələrində bu bitkini becərirlər. Nədənsə fermerlər də bu sahəyə “qol qoymaq” istəmirlər, halbuki zəfəranın faydası, ondan gələn gəlir bu bitkinin becərilməsinə çəkilən xərci artıqlaması ilə çıxarır.
1980-1985-ci illərdə Azərbaycanda ildə 100-120 kiloqram zəfəran istehsal olunurdu. Keçmiş SSRİ məkanında zəfəran yalnız Azərbaycanda - Abşeronda becərilib. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə zəfəran bitkisinin də kütləvi yetişdirilməsi dayandı. Halbuki vaxtilə Bakının Bilgəh qəsəbəsi ərazisində fəaliyyət göstərən “Zəfəran” sovxozu il ərzində ümumilikdə 60 kiloqrama yaxın məhsul istehsal edirdi.
Abşeronda zəfərançılığa yeni qayğı
“Bilgəh Zəfərançılıq” sovxozunun briqadiri Rafiq Xaliqov deyir ki, Abşeronda zəfəran yetişdirilməsi üçün iqlim və torpaq şəraiti əlverişlidir, bu bitkinin yenidən becərilməsi üçün artıq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsində, keçmiş sovxozun ərazisində 23 hektar torpaq sahəsi ayrılıb. Onun sözlərinə görə, SSRİ dağılandan sonra zəfərançılıq, zeytunçuluq kimi sahələrdə də inkişaf dayanıb: “Torpaqlar özəlləşdiriləndən sonra zəfəran əkib-becərənlər də bu işlə məşğul olmadılar. Artıq 20 ilə yaxındır zəfərançılıq sovxozu fəaliyyət göstərmirdi. Amma bu gün Prezident İlham Əliyevin göstərişi əsasında Abşeron rayon rəhbərliyinin yaratdığı şərait nəticəsində 23 hektara yaxın ərazidə yenidən həmin bitki becərilib”.
R.Xaliqov deyir ki, Abşeron Rayon İcra Hakimiyyətində zəfərançılığın inkişafı ilə bağlı xüsusi bir layihə də hazırlanıb. Bu sahədə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin ayrılmasına yardım göstərilib. Bundan əlavə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında kənd təsərrüfatı rayonu kimi formalaşmış Abşeronun əvvəlki şöhrətinin özünə qaytarılması, rayon ərazisində Abşerona xas zeytun, badam, üzüm bağlarının, istixana şəraitində becərilən tərəvəzçilik və gülçülük sahələrinin genişləndirilməsi, zəfərançılığın inkişafı, heyvandarlıq məhsulları istehsalının artırılmasına dair müddəalar yer alıb. Dövlət Proqramında Abşeron yarımadasında və digər regionlarda zəfərançılığın bərpası və genişləndirilməsinin dəstəklənməsi qeyd olunub. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyə orqanlarının qarşısında müvafiq hədəflər qoyulub.
Hazırda bu sahəyə diqqət daha da artırılıb. Bununla bağlı müəyyən göstərişlər də verilib. Həmçinin rayon icra hakimiyyəti tərəfindən də zəfərançılığın inkişafı üçün müxtəlif işlər görülüb. Zəfərançılığın inkişafına, onunun toxumunun istehsalına diqqət artırılıb.
© Azərtac
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan XİN narahatlığını ifadə edib, ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb
-
6 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib
-
-
10 saat əvvəl
ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba, İran İsrailə 27 ədəd ballistik raket atıb
- 10 saat əvvəl
-
1 gün əvvəl
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
-
1 gün əvvəl
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan icra başçısı həbs olunub
-
1 gün əvvəl
Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə qaytarılması mexanizmi formalaşdırılır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

İran parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib

Azərbaycan XİN narahatlığını ifadə edib, ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb

Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb

Yerli şirkətlərin sərgisinə 30 mindən çox ziyarətçi qatılıb
Ən çox oxunanlar

Baku ID 2025 yekunlaşdı: Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi - FOTOLAR

Dolların 23 İyun üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycandan quş əti və quş əti məhsulları Çinə daşına bilər

“Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub

Mərkəzi Bank kredit təşkilatına lisenziya verdi

İcra başçısı vəzifəsindən azad edildi

UBS hesabatı: Dollar milyonçularının ən çox artdığı ölkə Türkiyədir

Dövlət qulluqçularının orta aylıq maaşı 1971 manata çatıb
