"SİRAB" şirkətinin sədrindən iddiaya kəskin etiraz
Babək "SİRAB" ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov bəzi saytlarda "SİRAB"a qarşı aparılan çirkin kampaniyaya kəskin etirazını bildirib.
ASC-dən verilən açıqlamada bildirilir ki, bir müddət əvvəl özünü "müsavatçı mühacir jurnalist" kimi təqdim edən Laçın Məmişov tərəfindən “Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “SİRAB” şirkəti tərəfindən maliyyələşdirilməsi” haqqında əsassız və yalan iddia ortaya atılıb: "Laçın Məmişovun özünü “jurnalist” adlandırmasına rəğmən, qeyri-peşəkar davranış sərgiləyərək, heç bir araşdırma və dəqiqləşdirmə aparmadan Babək "Sirab" ASC-yə məxsus “SİRAB” mineral sularının fotolarını da yalan xəbərinə əlavə etməklə şirkətimizin imicinə yönəlik çirkin mahiyyətli xəbərlərin yayılmasına rəvac verib. Hansı ki, ucuz sensasiya axtaran bəzi media qurumları üçün bu bir növ göydəndüşmə olub və yuxarıda qeyd olunan başlıqlı iftira bir sıra saytlarda yayımlanmışdı.
Babək “Sirab” ASC olaraq, məsələ ilə bağlı apardığımız araşdırma nəticəsində həmin məlumatın yalan olduğu ifşa edilib. Bəlli olub ki, əslində söhbət Babək “SİRAB” ASC-dən yox, Avropada qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmbh” adlı bir daşımacılıq şirkətindən gedir. Təbii ki, bunu özünü “siyasi mühacir” adlandıran Laçın Məmişov da bilməmiş deyildi. Çünki onun sadəcə “Sirab şirkəti” ifadəsini işlətməsi, “Sirab” suyunun da şəklini öz yalanına əlavə edərək, diqqətləri Babək “SİRAB” ASC-yə yönəltməsini “texniki xəta” kimi dəyərləndirmək olduqca çətindir. Üstəlik “jurnalist” olduğunu iddia edən bir adam bilməli idi ki, hər hansı bir qurumdan bəhs edirsə, çaşqınlıq yaratmamaq adına həmin təşkilatın adını tam şəkildə demək və ya yazmaq lazımdır. Lakin gördüyümüz kimi, həmin şəxs məhz qarayaxma və böhtan, çaşqınlıq yaratmaq yolunu seçib. Təbii ki, yalanın ömrü az olar və ölkənin 30-dan artıq nüfuzlu və sayğıdəyər qəzet və saytları tərəfindən əsl həqiqət yayımlandı, “SİRAB”a atılan iftira ifşa edildi, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyuldu. Azərbaycan ictimaiyyətinə agah oldu ki, Avropada qeydiyyatdan keçmiş “Sirab Europa Gmbh” adlı daşımacılıqla məşğul olan bu şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə “SİRAB” mineral sularının istehsalı və satışı sahəsində fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur".
ASC bildirib ki, bu günlərdə Yafəz Əkrəmoğlu adlı başqa bir “mühacir jurnalist” bu mövzunu yenidən gündəmə gətirib: "Sosial şəbəkələrdə paylaşdığı statusunda “Almaniyada baş verәn son hadisәlәrdәn sonra Azәrbaycanda әn çox maddi ziyan görәn Arif Hacılı vә Vasif Talıbovdur” fikrini səsləndirən, Babək “SİRAB” ASC-nin adını da ziddiyətli fikirlərlə dolu yazısında hallandıran bu adamın yazdıqlarını oxuduqdan sonra bir daha əmin olursan ki, bu adamlar Azərbaycanın beynəlxalq arenada günü-gündən güclənən imcini və nüfuzunu ləkələmək üçün dövlətimizə və Azərbaycan adını ləyaqətlə təmsil edən bütün insanlara və qurumlara, hətta siyasətlə bağlılığı olmayan özəl şirkətlərə belə çirkab atmağa hazırdırlar. Apardıqları çirkin antiAzərbaycan və antimilli kampaniyalara Azərbaycan adını iyirmidən artıq ölkədə qürurla təmsil edən Babək “SİRAB” ASC-nin də adını qarışdırmaqları göstərir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək Qərb ölkələrində peyda olan və özlərini “siyasi mühacir” adlandıran Laçın Məmişov, Yafəz Əkrəmoğlu kimilərin əslində siyasi mühacirliklə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə öz “isti yerləri”ni daha da bərkitmək üçün bütün çirkin vasitələrdən istifadə etməyə, istənilən şəxsə və quruma çirkab atmağa hazırdırlar.
Bu kimi qarayaxmaların son zamanlar intensivləşməsini də təsadüfi saymaq olmaz. Ölkədə aparılan islahatlar və quruculuq işləri, iş adamları və sahibkarlara geniş dövlət dəstəyinin təmin olunması, eləcə də Naxçıvan Muxtar Respublikasının yüksək inkişafından narahat olan bu insanların ölkə gündəminə oturmuş “siyasi mühacir” qalmaqalında Babək “SİRAB” ASC-nin adını hallandırmaları iftira və böhtandan, “SİRAB” şirkətinə və onun kollektivinə qarşı “mənəvi terror”dan başqa bir şey deyil.
Babək “SİRAB” ASC olaraq, qətiyyətlə bəyan edirik ki, “Sirab Europa Gmhb” adlı şirkətin “SİRAB” şirkətinə zərrə qədər də aidiyyatı yoxdur. Həmçinin “SİRAB” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də yoxdur.
Hesab edirik ki, bu mövzunun təkrar-təkrar eyni şəxslər və media qurumları tərəfindən gündəmə gətirilməsi tək şirkətimizə deyil, eləcə də Azərbaycana yönəlik qərəzin və məkrli kampaniyanın tərkib hissəsidir.
Bu cür qeyri-dəqiq, iftira və böhtan dolu xəbəri yayan bəzi media qurumlarının da bir müddət əvvəl təkzib vermələrinə rəğmən, yenidən bu mövzuya qayıtmaları sübut edir ki, onlar da adları çəkilən şəxslərin apardıqları qarayaxma kampaniyasının iştirakçıları və dəstəkçiləridirlər. Hesab edirik ki, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirəcək, bu yöndə lazımi tədbirləri görəcəklər.
Avropada məskunlaşmış sözügedən bu qaragüruhçu qüvvələrlə eyni məqsəd və mərama xidmət edən saytların bu kampaniyasında Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin adının hallandırılmasını, məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymadan birtərəfli qaydada xəbər yayınlamasını və nəticə etibarilə ictimaiyyətdə Muxtar Respublika Rəhbərliyi barəsində rəy formalaşdırmaq, şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasını qətiyyətlə pisləyirik. Naxçıvan MR rəhbərliyinə və Babək “SİRAB” ASC-yə, eləcə də “SİRAB” markasına yönəlik bu cür böhtan dolu informasiyanı yayan xəbər saytlarından təkzib vermələrini tələb edir, bir daha bu kimi hallara yol verəcəkləri təqdirdə hüquqi müstəvidə bütün zəruri addımları atacağımızı bəyan edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
2 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
-
2 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
4 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
Ən çox oxunanlar
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac




















