Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

® Azercell Telekom “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Eurasia İnnovation Day” və “Innovation Awards Gala” tədbirlərində iştirak edib
Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən ölkənin lider mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir. Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” və “Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən Azercell-in yeni brend kimliyinin təqdimatı “İlin innovasiya tədbiri” nominasiyası üzrə qalib seçilərək, “Azərbaycan İnnovasiya Mükafatı”na layiq görülüb. Xatırladaq ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturlarının rəsmilərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.
Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan “Eurasia İnnovation Day” tədbirinə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə olunduğu 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov da çıxış edib. Krasimir Genov Azercell şirkətinin cari ilin iyun ayından etibarən fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O, həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli haqqında da geniş məlumat təqdim edib.
İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.
Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən “InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 d. əvvəl
- 38 d. əvvəl
-
-
54 d. əvvəl
Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan şirkəti yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Kapital ilə 11.5%-lik illik gəlirli BirKart BOKT istiqrazlarına investisiya imkanı
-
2 saat əvvəl
Azərbaycanda lisenziyası dayandırılan valyuta mübadiləsi şirkətinin sayı 3-ə çatdı
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ

"AccessBank"ın işçilərinin sayı 81 nəfər artıb

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb

m10-nun şirkətinə əlavə böyük məbləğdə sərmayə yatırılıb

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

PAŞA Kapital ilə 11.5%-lik illik gəlirli BirKart BOKT istiqrazlarına investisiya imkanı

Azərbaycan ABŞ-ın süni intellekt şirkətlərinə sərmayə yatıra bilər - Corctaun Universitetinin professoru yazır

Rusiyada benzinin ixracına qoyulan qadağa uzadıldı

Rəsmi məzənnələr açıqlandı

Nvidia-nın məlumat mərkəzi gəliri proqnozları doğrultmadı - şirkətin səhmləri ucuzlaşdı

“Mədrəsə”nin bərpası üçün ilkin işlərə başlanılıb - "BİMD" şirkətilə müqavilə bağlanılıb
