“Restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var”
“Türkiyə, Ərəb ölkələri də hədəfdədir”
Azərbaycanın iri iaşə şirkəti “145 Group” restoranlarının sayını artırmağı və xarici bazarlara çıxmağı nəzərdə tutur.
“Marja” xəbər verir ki, bunu "145" restoranlar şəbəkəsini idarə edən “145 Group” şirkətinin təsisçi Eyub Hüseynov bildirib.
Qeyd edək ki, "145" restoranlar şəbəkəsinə şəhərimizin kifayət qədər sevilən və tanınan məkanları – "Çay evi 145", “Çaybağı 145, “Greengarden”, “Malacannes”, “Passage 145” və “Metropol 145” aiddir.
“Bəli, restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var. Əlbəttə ki, gündəlikdə duran məsələ Bakıda tam miqyasda təqdim olunmaqdır. Müxtəlif konsepsiyalarda Bakının müxtəlif rayonlarında yeni məkanlar açacağıq. Bundan əlavə, beynəlxalq şirkətlərdən bir çox təkliflər almışıq və hazırda danışıqlar aparırıq, nəticələrini yaxın gələcəkdə görəcəksiniz. Hələ təfərrüatlara girmək istəməzdim, lakin qeyd edim ki, maraq mövzumuz “145 Group” brendinin Türkiyədə, Ərəb ölkələrində tanıdılmasıdır.
Bir sözlə, gələcəyə böyük iddia və planlarımız var. Hazırda Bakıda bu sahənin liderlərindən biriyik və məqsədimiz təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda gələcək nəsillər üçün maraqlı və cəlbedici olmaq, gənclərin ən sevimli brendi olaraq qalmaqdır”.
Eyub Hüseynov əlavə edib ki, françayzınq təcrübəsindən istifadə edilməsi nəzərdə tutulur və şirkət xaricdə bununla əlaqədar müvafiq işgüzar danışıqlar aparır.
“Düşünürük ki, bizim inkişafımız sürətli getdiyindən, bu gün daha çox məkan açmalıyıq. Biznesimizə sərmayə qoymaq istəyənlərlə tanış olmağa, ünsiyyət qurmağa hazırıq. Elə fürsətdən istifadə edib sizin vasitənizlə geniş auditoriyaya bildirmək istərdik ki, “145 group” tərəfdaşlıq/partnyorluq təkliflərinə hər zaman açıqdır. Bunun üçün hətta yeni partnership@145group.az elektron ünvanı da mövcuddur. Bizimlə əməkdaşlıq etmək istəyində olanlar öz müaciətlərini birbaşa bu ünvana yönləndirə bilər”.
Eyub Hüseynov ilə müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
24 d. əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
39 d. əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
18 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
























