Palata Sentyabrda 7000-ə yaxın suala cavab verib
Maliyyə Bazarlarına Nəzarət Palatasının ictimaiyyətlə kommunikasiya sahəsində sentyabr ayı ərzində gördüyü işlər açıqlanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən səmərəli, effektiv və şəffaf kommunikasiyanın qurulması, Palatanın fəaliyyətinə dair məlumatların ictimaiyyətə ötürülməsi işinin təkmilləşdirilməsi istiqamətində davamlı işlər həyata keçirilir, müvafiq fəaliyyətin, keçirilmiş tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün press-relizlər təqdim olunur, maliyyə bazarlarını təmsil edən bank, sığorta və kapital bazarları üzrə hesabatlar açıqlanır, habelə media nümayəndələrindən müxtəlif kommunikasiya vasitələri ilə daxil olmuş müraciətlər, sorğular cavablandırılır.
"Cari ilin sentyabr ayı ərzində ictimaiyyətə MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 18 press-reliz açıqlanıb.
İctimaiyyətlə operativ kommunikasiyanın təmin edilməsi məqsədilə Palatada bir neçə müraciət kanalı fəaliyyət göstərir. Bu müraciət kanallarına www.fimsa.az rəsmi internet səhifəmizdə aktiv olan “Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu və qeydiyyatı üçün yaradılan info@fimsa.az elektron poçt ünvanı, müraciətlərin əyani qaydada təqdim olunması üçün Palatanın inzibati binasında yerləşdirilmiş müraciət qutusu, 966 Çağrı Mərkəzi, o cümlədən sosial şəbəkələrimiz aiddir. Qeyd edək ki, sentyabr ayı ərzində Palataya Çağrı Mərkəzi vasitəsi ilə 2500-ə qədər, elektron və kağız daşıyıcılarında 4000, sosial şəbəkələr üzərindən 260-dan çox sual daxil olub. İnformasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 50-dən çox sorğu operativ şəkildə cavablandırılıb.
Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə Facebook, Youtube, Twitter, Linkedin kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifə vasitəsilə ictimaiyyətə açıqlanan və Palatanın fəaliyyəti ilə bağlı digər zəruri məlumatlar, mövcud olan vakansiyalar sosial şəbəkələrdə yerləşdirilir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilir. Qeyd edək ki, sentyabr ayı ərzində Palatanın Instagram səhifəsi də hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Bildiririk ki, sentyabr ayı ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 100-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı Youtube kanalında 30-a yaxın video yerləşdirilib.
Bunlarla yanaşı kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin və kommunikasiyanın daha səmərəli və effektiv olmasını təmin etmək üçün Palata tərəfindən müvafiq tədbirlər də təşkil olunur",- Palatanın məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















