“Günay Sığorta”nın yeni konsepsiyalı baş ofisi yeni ünvanda
(®) Müştərilərə göstərilən xidmət səviyyəsinin inkişafı istiqamətində hər zaman yeniliklər edən “Günay Sığorta” nın baş ofisi artıq yeni ünvanda fəaliyyət göstərəcək.
Qeyd edək ki, yeni korporativ üslubda təmir olunmuş baş ofis Yasamal rayonu, İnşaatçılar prospekti 75C (Dövlət Statistika Komitəsi yaxınlığında) ünvanında fəaliyyətini davam etdirir.
Baş ofis fiziki və hüquqi şəxslərə bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. İş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.
Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki: “Yeni ünvana köçürülən Baş ofisimiz müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şərait və imkanlarla təmin olunub. Yeni inkişaf strategiyasını həyata keçirən şirkətimiz yaxın gələcəkdə həm paytaxtda, həm də regionlarda yeni filiallarla vətəndaşları sevindirəcək. Müştərilərin istək və tələbləri zamana uyğun olaraq müasirləşir və inkişaf edir. Bizim məqsədimiz onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməkdir.”
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
“Günay Sığorta” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, filial şəbəkələri və digər ətraflı məlumat üçün şirkətin (012) 990 nömrəli Məlumat Mərkəzinə zəng edə, saytına (www.gunaysigorta.az ), rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/), instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/ ) müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
38 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb

























