"Şəbəkə bizimdir, digər provayderlərə yer vermirik" - İNTERNETDƏN ŞİKAYƏT
Gəncə sakinləri İnternetin keyfiyyətsiz olduğundan şikayətlənirlər. İddia edilir ki, digər provayderlər Gəncədən uzaqlaşdırılıb, nəticədə “Aztelekom” inhisarçıya çevrilib.
Gəncə sakini Orxan İsmayılov “Marja”ya müraciətində bildirib ki, problem ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət məktubu yazıb, amma aldığı cavab ilə razı deyil:
“Gəncədə “Aztelekom” provayderindən şikayət məktubundan sonra Gəncə TKİ-nin (TKİ- telekommunikasiya idarəsi) internet şöbəsindən Fuad adlı əməkdaş mənə zəng edərək şikayətimə baxılması və şikayətin həll yollarının tapılması üçün məni Gəncə TKİ-yə dəvət etdi. Mən dəfələrlə etdiyim zənglərə baxmayaraq Gəncə TKİ-dən etinasız münasibət gördüyüm üçün və həmin quruma inanmadığım üçün GəncəTKİ-yə gəlməkdən imtina etdim. Gəncə TKİ-də işləyən məsul şəxslər, o cümlədən keyfiyyətsiz provayder olan “Aztelekom” əməkdaşları mənim şikayət məktubumun məğzini təhrif edərək məktubun məzmununa baxmadan məsələni xırda şikayət kimi qələmə vermək istəyirlər.
Fuad adlı Gəncə TKİ-nin əməkdaşının dediyinə görə onlar (Gəncə TKİ və “Aztelekom”) Gəncədən heç bir provayderi çıxartmayıblar, provayderlər özləri gedib. Bu məlumatın doğru olmadığını sübut edən “Azeronline” şirkətinin nümayəndəsi isə onlara Gəncə TKİ tərəfindən şərait yaradılmaması səbəbindən Gəncədə ADSL xidmətləri göstərə bilmədiklərini dedi.
Fuad adlı əməkdaş digər provayderlərə yer verilməməsini "şəbəkə bizimdir, vermirik" deyərək əsaslandırdı. Bu isə respublikada internet bazarının liberallaşdırılması yolunda atılan addımlara tam zidd olan bir açıqlamadır.
Gəncə TKİ-nin rəhbərliyi də daxil olmaqla məsul şəxslərinin bu qədər dayaz düşüncəli "mənimdir, vermirəm" prinsipi ilə idarəetmə qaydalarını gördükdən sonra mən şikayət məktubumun məğzini və suallarımı yenidən ünvanlayıram:
1. Gəncə şəhərində ADSL internet şəbəkəsinə niyə ancaq Aztelekom buraxılır? Bu haqqı onlara kim verib və niyə adsl internet xidməti bazarında digər proveyderlərə şərait yaradılmır?
2. Gəncə TKİ-nin Fuad adlı əməkdaşının "şəbəkə bizimdir, vermirik" açıqlaması hansı əmrə və ya sərəncama əsaslanır?
3. RİTN-nin “Aztelekom”a Gəncədə olan kabel-kanal şəbəkəsindən müstəsna olaraq yararlanmaq və digər provayderlərə işləməyə imkan verməmək barədə əmri və ya sərəncamı varmı?
4. Strateji Yol Xəritəsinə əsasən internet xidmətlərinin liberallaşdırılması prinsiplərinə zidd olan Gəncə TKİ və “Aztelekom”un fəaliyyəti təftiş ediləcəkmi?
5. Nə vaxt Gəncə şəhərində ADSL internet şəbəkəsində rəqabət mühiti bərpa olunacaq?”
NAZİRLİKDƏN İDDİAYA CAVAB
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Marja”ya bildirilib ki, yaranmış problem iddia olunduğu kimi heç də əhalinin seçim etmək imkanı olmamağında deyil. Digər operatorlar məlumatlandırılmalarına baxmayaraq istifadə etdikləri avadanlıqlıqları yeni qurulan şəbəkəyə uyğunlaşdırmayıblar. Bəzi provayder dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görməmişlər:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Marja”nın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində də TDM stansiyaları NGN şəbəkə avadanlıqları ilə əvəz edilir, köhnə mis kabellər istismardan çıxarılır, əvəzinə isə yeni fiber optik kabellər çəkilir. Fiber optik xətlərin üzərindən təqdim edilən internet xidməti istifadəçilərin daha keyfiyyətli xidmət almasına imkan yaradacaq. Qurulan GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Layihənin icra müddətində, əsas işlərin tamamlanmadığı səbəbindən, abunəçilərin müvəqqəti olaraq xidmətlə bağlı müəyyən çətinliklərlə rastlaşma ehtimalı istisna olunmur.
İddia olunduğu kimi deyil əslində, hələ layihənin start verilməsindən əvvəl, yəni 2017-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən provayderlər infrastrukturun yenilənməsi haqqında tərəfimizdən rəsmi məlumatlandırılıblar. İstifadə etdikləri avadanlıqlıqların yeni qurulacaq NGN şəbəkəsinə uyğunlaşdırılması barədə bilgiləndiriliblər və eyni zamanda 2018-ci il ərzində provayderlərə bir neçə dəfə təkrar məlumat göndərilmişdir. Yarana biləcək xoşagəlməz hallardan sığortalanmaq və mövcud infrastrukturlarını yeniləmək üçün hər bir operatorun kifayət qədər vaxtı olub. Təəssüf ki, bəzi provayder dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görməmişlər.
Nəticədə həmin provayderlərin abunəçiləri göstərdikləri xidmətlərdən məhrum olublar. Bütün bunlara baxmayaraq, yaranmış şəraiti nəzərə alaraq, “Aztelekom” milli rabitə operatoru olaraq diqər provayderlərin öz infrastrukturunu yeniləmə prosesində olduğu müddətdə həmin abunəçilərə bir müddət təmənnasız internet xidmətlərindən istifadə etmək imkanını təmin edib.
Qeyd edək ki, bu müddət ərzində xidmətimizdən yararlanan vətəndaşların bir qismi öz istəkləri ilə “Aztelekom”la abunə müqaviləsi imzalayıblar. Başqaları isə, digər provayderlərin xidmətlərindən istifadə edir.
Sadalaqlarımızdan da göründüyü kimi, yaranmış problem iddia olunduğu kimi heç də əhalinin seçim etmək imkanı olmamağında deyil.
Hər bir istehlakçının azad seçim hüququ var, heç bir xidmət və ya məhsul istehlakçıya məcburi qaydada təqdim edilə bilməz”.
"NAZİRLİYİN CAVABI ƏSASSIZDIR"
Gəncə sakini Orxan İsmayılov "Marja"ya bildirdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavabı əsassızdır:
"Gəncədə "Aztelekom"un qurduğu heç bir yeni nəsil şəbəkədən söhbət gedə bilməz. Çünki şkaflara qədər gələn şəbəkə fiber-optikdir, şkafdan abonentlərə gedən xəttlər isə sovetlər vaxtından qalan mis xəttlərdir. Hansı yeni nəsil şəbəkədən söhbət gedir? Bu islahat deyil, imitasiyadır, vətəndaşlarının nömrələrini dəyişmək yeni nəsil şəbəkə deyil. Mis xəttlərdir yenə də şkafdan evlərə gedən. Axşam saatlarında ADSL sürəti bərbad olur.
"Aztelekom"un təklif etdiyi qiymətlər digər provayderlərdən bahadır. 5 mb interneti digər provayderlər 20 manata təklif edirsə "Aztelekom" 20 manata 4 mb sürət təklif edir.
Bakıda digər provayderlər (KATV 1, Ailə tv) 18 manata 36 mb fiber-optik internet təqdim edirlər. Qiymətləri müqayisə etsinlər. Sovetin mis xəttləridir evlərə gələn. “Aztelekom” heç kimə təmənnasız internet verməyib. Hələ siz görməmisiniz ki, minlərlə adam əllərində modem yığılırlar Gəncə TKİ-yə ki, modemlərini sazlasın “Aztelekom”, VPİ və VCİ yazmaq üçün. Gülüş doğurur bu.
"Azeronline" provayderi dəfələrlə mənə bildirib ki, onları Gəncədə kabel-kanal şəbəkəsinə yaxın buraxmadıqları üçün fəaliyyət göstərə bilmirlər. Hansı şirkət öz xoşu ilə 330000 əhalisi olan şəhərdən gedər?.
Nazirliyin Gəncədə yeni nəsil şəbəkə qurmağı ilə bağlı demək istəyirəm ki, ADSL texnologiya artıq keçmişə qovuşan texnologiyadır. Sovetin mis xəttləri nə vaxtdan yeni nəsil texnologiya sayılır? Hər bir abonentin evinə qədər fiber-optik xətt çəkilməlidir, yüksək sürətli internet verilməlidir. 256 ilə başlayan nömrələri 266 ilə əvəzləmək yeni nəsil texnologiya tətbiqi deyil. Nazirlik niyə açıqlamır ki, Gəncə kimi ikinci böyük şəhərdə çoxluq təşkil edən həyət evləri fiber-optik şəbəkədən məhrumdurlar, mis xəttlər istismardadır və yalnız şkaflara qədər fiber-optik xətt gətirilib?!"".
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
-
10 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
10 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
10 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 10 saat əvvəl
-
11 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
12 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
12 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
Ən çox oxunanlar
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!




















