"Azərbaycanın tikinti materialları bazarında 15 faizlik paya malikik"
Azərbaycanda İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” kimi xarici şirkətlər fəaliyyət göstərir.
İsveçrədə yerləşən SİKA kimya şirkəti 1910-cu ildə yaradılıb və bugünədək dünyanın 104 ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir. Azərbaycan bazarına isə şirkət 14 il öncə daxil olub və 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir.
Zavodun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki: "Tikinti sahəsində binanın təməlindən etibarən bütün lazım olan xidmətləri təqdim etməyə çalışırıq. 1910-cu ildə İsveçrədə qurulan zaman əsas məqsəd su izolyasiya sistemləri sahəsində fəaliyyətə istiqamətlənmişdi. Daha sonra texnoloji inkişaf nəticəsində bir sıra istiqamətlərdə fəaliyyət göstərməyə başlayıb. Bizim həyata keçirdiyimiz strategiya, fəaliyyətimizin inkişaf edən bazarlarında sürətli genişlənməsini nəzərdə tutur. Sürətlə genişlənən bazarlarda urbanizasiyanın artımı və meqa şəhərlərin inkişafı müşahidə edilir. Bu isə öz növbəsində təhlükəsizliyi təmin edən, zəlzələ və yanğına davamlı olan, yüksək keyfiyyətə cavab verən effektiv tikinti materiallarına olan təlabatın artımına gətirib çıxarır. Onların arasında binanın konstruksiyasının germetizasiyasını, möhkəm betonu da qeyd etmək olar".
Onun sözlərinə görə, SİKA tikinti sektrounda və avtomobi sənayesində birləşmə, sıxlaşma, möhkəmləndirmə və qoruma üçün istifadə olunan sistemlərin və məhsulların hazırlanmasında və istehsalında aparıcı mövqeyə sahib olan kimya şirkətidir: “Dünya miqyasında istehsal olunan avtomobillərin 50%-dən çoxunda SİKA məhsulları istifadə edilir: “Bununla yanaşı, SİKA şirkətinə məxsus suyun istifadəsini azaldan əlavələr sayəsində, hər il beton istehsalı zamanı 25 milyon litrədən çox su resurslarına qənaət edilir”.
A.Yayla əlavə edib ki, maşınların interyerində quraşdırılan və səsin azalmasını təmin edən məhsulların 30 faizdən çoxu SİKA şirkətinin məhsullarıdır.
O deyib ki, Sumqayıt Kimya Sənaye Parkında 5 milyon manat sərmayə yatırılıb: “Hazırda Azərbaycanın tikinti materialları bazarında SİKA şirkəti 15 faizlik paya malikdir. Çalışırıq ki, bazarı daha çox öz məhsullarımız ilə təmin edək və bazarda daha çox paya sahib olaq. Hazırda şirkətə məxsus zavodda 26 nəfər işçi çalışır, gələcəkdə işçilərin sayının daha da artırılması və 44 nəfərə çatdırılmasını planlaşdırırıq. Bununla yanaşı, yenə ölkəyə sərmayə yatıracağıq.Tikinti sahəsində lazım olan xammalın bəzilərini idxal edirik, gələcəkdə həmin məhsulları da Azərbaycanda istehsal etmək istəyirik”.
A.Yayla şirkətlərinin ixrac potensialı ilə bağlı danışıb ki, Azərbaycan tranzit imkanlarına sahib olan bir ölkədir: “Ona görə də məqsədimiz bölgə ölkələrinə ixrac həyata keçirməkdir. Həmin ölkələr sırasında Gürcüstan, Özbəkistan,Türkmənistan var. Azərbaycanda istehsal etdiyimiz məhsulları bu ölkərələ ixrac etmək istəyirik. Yaxın zamanlarda, bu istiqmatdə iş aparacağıq. Əlavə edim ki, məhsullarımız “Made in Azerbaijan” brendi adı altında bazara təqdim edilir”.
O, Azərbaycanda biznes mühiti barədə danışarkən vurğulayıb ki, ölkənin biznes mühiti son üç ildə daha yüksək yerdədir: "Dövlətin həyata keçirdiyi siyasət nəticəsində Avropa standartlarına uyğun şərait yaradılıb. Tikinti materialları istehsalçıları Assosiasiyası yaradılıb. Yaxın zamanlarda tikinti bazarında daha da müsbət dəyişikliklər görəcəyimizə inanıram”.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 14 saat sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
3 saat əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
3 saat əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
3 saat əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
3 saat əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
6 saat əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
6 saat əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
























