2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu
2020-ci il üzrə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28 milyard 192 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 821,1 milyon manat və ya 3 faiz çoxdur.
"Marja"nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin
göstəricilərinə dair açıqlamasında bildirilir ki, 2020-ci ildə icmal büdcə gəlirləri 27 milyard 605,3 milyon manat məbləğində proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 586,7 milyon manat olacağı gözlənilir.
2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur.
2020-ci ildə dövlət büdcəsinin xərcləri25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.
2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.
Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2 milyard 664,2 milyon manat çoxdur.
Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirmişdir.
2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 milyard 213,4 milyon manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər 902.9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı xərci 414 milyon manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcəkdir.
Dövlət büdcəsinin vəsaiti hesabına həmçinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) o cümlədən, nəqliyyat, kommunal infrastruktur, melioriasiya, sənaye və energetika, kənd təsərrüfatı sahələrində infrastruktur layihələri, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi və digər sosial yönümlü layihələr, habelə, xüsusi müdafiə və hərbi təyinatlı layihələr və tədbirlərin maliyyələşdirilməsi təmin ediləcəkdir. Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı davam etdiriləcəkdir.
2020-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində dövlət borcuna xidmət xərclərinin 2 milyard 458,2 milyon manat, o cümlədən faiz xərclərinin 775,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. İmzalanmış kredit sazişləri çərçivəsində, 2020-ci il ərzində xarici dövlət borcu üzrə 559,4 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi (yeni borclanma) nəzərdə tutulur.
Eyni 9 zamanda, daxili borc üzrə 2020-ci il ərzində 100 milyon manat həcmində yeni (təkrarmaliyyələşən borclar nəzərə alınmadan) borcların cəlb edilməsi proqnozlaşdırılmışdır.
2020-ci ilin ilin əvvəlinə, imzalanmış kredit sazişlərindən istifadə proqnozları nəzərə alınmaqla Azərbaycan Respublikasının xarici dövlət borcunun 8 milyard 860 milyon ABŞ dolları ekvivalenti, daxili dövlət borcunun isə 1 milyard 420 milyon manat təşkil edəcəyi gözlənilir.
2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 milyard 767,5 milyon manat) isə 57 faiz təşkil edəcəkdir.
Qeyd edək ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çoxdur.
2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.
Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxil olmalar və vahid xəzinə hesabının qalığı hesabına aparılacaqdır.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 480,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 96,6 milyon manat çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
13 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















