Beynəlxalq bank qrupu qızıl qiyməti proqnozlarını yüksəltdi
Fransanın beynəlxalq bank qrupu "BNP Paribas" qızıl qiyməti proqnozlarını yüksəldib. Quruma görə, qiymətli metalda orta qiymət 2020-nin ilk rübündə 1600 dolları aşacaq
"Marja" xəbər verir ki, "BNP Paribas SA"ya görə, Fed-in ABŞ-da yavaşlayan iqtisadi artım və Çin ilə ticarət müharibəsinin mənfi təsiri ilə mübarizə aparmaq üçün faiz endiriminə başlaması ilə qızılın unsiyasının qiyməti 1600 dolları aşacaq.
Bankın əmtəələrin tədqiqatı departamentinin rəhbəri Harry Tchilinguirian, "Fed-in bu ay və 2020-ci ilin İyun arasında gedəcəyi 25 bəndlik 4 faiz endiriminə yönəlməsinə görə qızıl bahalaşacaq. Hər endirimdə nominal faizlərin aşağı düşməsi ilə yanaşı real faizlər mənfi bölgəyə gedəcək və orada qalacaq. Bu da qızıl saxlamağın cazibəsini artıracaq", -deyib.
Qızıl, bu il, ABŞ - Çin ticarət müharibəsinin qlobal iqtisadi artıma mənfi təsir etməsilə artan "etibarlı liman" tələbindən dəstək alaraq bahalaşıb. Fed də daxil olmaqla mərkəzi bankların pisləşən iqtisadi vəziyyətə görə daha ekspansionist olmaları qızıla tələbi artırıb.
Fed on ildən bu yana ilk dəfə İyulda borc faizlərini endirib və 17 - 18 Sentyabr iclasında da yenə faiz endirimi edəcəyi gözlənilir. İnvestorlar isə belə bir şəraitdə "exchange traded" fondlarındakı (ETF) qızılın miqdarını artırırlar.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Ticarət müharibəsinin böyük bir ehtimalla sürətli bir şəkildə həll edilməyəcəyini bildirən Tchilinguirian, "Bu şərtlərdə qızıl etibarlı aktiv kimi ənənəvi rolunu oynamağa davam edir və ETF-lərdəki qızıl miqdarı 2012-ci ildən bu yana ən yüksək səviyyəsinə yönəlib",- deyib.
"BNP Paribas" 2019 və 2020-ci illər üçün qızıl qiymət proqnozlarını yüksəldib. Qurum, qızılın 2019-cu ildə orta hesabla 1400 dollar, (əvvəlki proqnozdan 60 dollar çox) 2020-ci ildə isə 1560 dollar olacağını gözləyir. Banka görə, 2020-nin ilk rübündə orta qiymət 1600 dolların üzərinə qalxacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
24 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub

























