“Dollar alınmadığından büdcədə kəsir yaranır”
Vüqar Gülməmmədov: "Dollar təklifinin ona olan tələbi üstələməsinə və məzənnənin keçirilən valyuta hərraclarında müəyyənləşməsinə baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməmişdir".
"2019-cu ilin 1-ci yarısında dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2% səviyyəsində kəsirin yaranması əsasən Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 77,7% səviyyəsində və ya 1 milyard 269,2 milyon manat az yerinə yetirilməsi ilə əlaqədar olmuşdur".
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
V. Gülməmmədov qeyd edib ki, 2019-cu ilin yanvar-iyun dövründə dövlət büdcəsinin gəlirləri 10 milyard 496,1 milyon manat məbləğində, xərcləri isə 10 milyard 951 milyon manat məbləğində icra edilmişdir və 454,9 milyon manat kəsir yaranmışdır. Yarımillik proqnoza görə, 2019-cu ilin yanvar-iyun dövründə dövlət büdcəsinin gəlirləri 11 milyard 314,6 milyon manat məbləğində icra olunmalı idi, faktiki, 92,8% səviyyəsində yerinə yetirililib.
Maliyyə Nazirliyinin məlumatına görə isə, 2019-cu ilin altı ayında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olmuş, 545,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranmışdır.
Palatanın sədri bildirib ki, Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11 milyard 364,3 milyon manat məbləğində illik və 5 milyard 682,2 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 38,8% və 77,7% səviyyəsində icra olunaraq 4 milyard 413 milyon manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur.
“Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlərin həcmində əvvəlki illə müqayisədə artımların əldə olunması qeyri-neft sahələrindən daxilolmaların hesabına mümkün olmuşdur”.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Cari ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 milyard 316 milyon manat məbləğində illik və 3 milyard 339,4 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 49,7% və 108,8% səviyyəsində icra olunaraq 3 milyard 632,8 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 3 milyard 702 milyon manat məbləğində illik və 1 milyard 912,1 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 55,8% və 108,0% səviyyəsində icra olunaraq 2 milyard 65,2 milyon manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 684,4 milyon manat məbləğində illik və 322,5 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 46,2% və 98,1% səviyyəsində icra olunaraq 316,3 milyon manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2019-cu ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin yığımını təmin edən əsas inzibatçı qurumlar üzrə bölgüdə Dövlət Neft Fondunun payı 42,0% təşkil etməklə, əvvəlki illərdə olduğu kimi, yüksək olaraq qalmışdır.
Vüqar Gülməmmədov Dövlət Neft Fondunun transfertlərinin tam icra edilməməsinin səbəbini də qeyd edib.
“Hesabat dövründə ARMB-nın məlumatlarından aydın olur ki, Dövlət Neft Fondunun transfertlərinin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır. Lakin dollar təklifinin ona olan tələbi üstələməsinə və məzənnənin keçirilən valyuta hərraclarında müəyyənləşməsinə baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməmişdir.
Digər tərəfdən bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır. Belə ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi məqsədilə reallaşdırılan depozit hərraclarında orta gəlirliliyin mütəmadi aşağı düşməsinə baxmayaraq, tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir (5-6 dəfə). Daxili valyuta bazarında dollar profisiti olduğu halda, izafi pul kütləsinin sterilizasiyasının həyata keçirilməsi inflyasiya səviyyəsinin qorunması məqsədinə xidmət etməsi ilə izah oluna bilər”.
Müştərilərin xəbərləri
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
-
1 saat əvvəl
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Unibank jurnalistlər üçün təlim təşkil edib
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
Böyük planların üçün rahat kredit təklifi - Expressbankda
Ən çox oxunanlar
Azərbaycan Koreyanın “dBrain+” maliyyə modelinə keçir
Prezident bir sıra ölkələrə yeni səfirlər təyin edib
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
"Citadel" FED-dən sürpriz faiz artımı gözləyir
ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır
İri şəbəkə Ramanada yeni mağazasını açır








.webp)









