"Martın sonu və Apreldə dollara tələb artacaq"
Yenə də əvvəllər qeyd etdiyim kimi martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir.
“Marja” xəbər verir ki, bunu Facebook səhifəsində iqtisadçı Vüqar Bayramov yazıb.
“Müşahidələr göstərir ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neqativ məlumatları oxumağa daha çox meyillidir. Amma əslində, insanlara neqativ və ya pozitiv məlumat deyil, doğru məlumat lazımdır. Doğru məlumat neqativ də ola bilər, pozitiv də. Önəmli olan odur ki, məlumat doğru olsun. Təbii ki, hansısa məlumatın doğruluğu da nisbidir. Amma hətta nisbi doğruluq da belə vacibdir. Bu gün əksəriyyətimizi düşündürən əsas iqtisadi məsələ manatın məzənnəsinin necə dəyişməsidir desək yanılmarıq . Dollarlaşma səviyyəsinin 80 faizdən çox olduğu ölkədə təbii ki, manatın məzənnəsinin dəyişməsinə yanaşma heç də birmənalı deyil. Amma əsas odur ki, dolları və manatı olanların doğru məlumat verməyə çalışılsın. Sözsüz bu asan deyil. Ekspertlərin qiymətləndirməsindən asılı olmayan çoxlu faktorlar var. Xüsusən də, bir sıra kommersiya bankların spekulyativ davranışları valyuta bazarında son 2 ayda daha qabarıq diqqəti cəlb etdi.
Amma fevral ayının əvvəlində manat möhkəmlənməyə başlayanda bunun bir neçə günlük deyil, bir müddət davam edəcəyi gözlənilən idi. Fevralın əvvəlində mətbuata açıqlamamda fevral və martın birinci yarsısında dollara tələbin azalacağını proqnozlaşdırmışdım . O zaman mənə müraciət edən xeyili vətəndaşlarımız və hətta jurnalist dostlarımızdan da öz dollarlarını 1.90 kursu ilə manata çevirənlər oldu. Dolların ucuzulaşmasının uzun müddətli olub-olmamasından asılı olmayaraq təbii ki, yüksək kursla dolları manata çevirmək və aşağı məzənnə ilə yenidən xarici valyuta almaq gəlir deməkdir. Şadam ki, bunu edə bilən dostlarımız oldu. Baha kursla dolları satıb ucuz kursla yenidən alanda bəzi banklar deyil, vətəndaşlarımız qazanır və bu da ən ideal variantdır.
Yanvar ayının ortalarında hətta universitet müəllimlərindən biri mənə müraciət etdi ki, bankda işləyən qohumu bildirib ki, yanvarın sonunadək 1 dollar 3 manat olacaq. İzah etməyə çalışdım ki, hətta manatın bazar dəyəri 1 dollar 3 manat olsa da belə bu məzənnənin sosial tərəfləri olduğundan 2017-ci ilin ilk ayında buna imkan verilə bilməz. Neqativ informasiyaya inanan həmin şəxs indi hər hərracın nəticələrini səbirsizliklə gözləyir ki, dolların məzənnəsi yenidən nə zaman yüksələcək.
Aydındır ki, manatın indiki məzənnəsi bazar kursu deyil. Bazar məzənnəsi alınanadək kurs fərqli istiqamətlərdə dəyişəcək. Dünənki statusumda da yazdığım kimi, manat bazasının məhdudlaşması, əhalinin bir qisminin dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq öz valyutasını satması və eləcə də Beynəlxalq Bankın sağlamlaşdırılmasına və dollara olan tələbinin ödənilməsinə ayrıca baxıldığı üçün manat möhkəmlənir. Təbii ki, bu faktorlar olmasaydı o zaman milli valyuta son ay yarımda möhkəmlənə bilməzdi. Bu kontekstdə əhalinin dollara tələbi də azalıb. Təbii ki, əgər Mərkəzi Bank manat bazasını yenidən genişləndirməyə, dövriyyəyə yenidən manatın daxil olmasına başlasa o zaman dolların kursu yenidən yüksələcək. Hələlik bu edilmir. Amma aydındır ki, orta və uzun müddətli dövrdə manatın bazasının genişlənməsi qaçılmaz olacaq. Yəni, güman olunur ki, Mərkəzi Bankın manat bazasının məhdudlaşdırılması siyasətı qısa müddətli dövrə hesablanıb.
Yenə də əvvəllər qeyd etdiyim kimi martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq. Bütövlükdə isə, iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir. Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlərin növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa bu fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyili çətinləşə bilər. Neftin qiyməti hətta orta müddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir. Bu faktora daimi diqqət ayırmaq lazımdır.
Məzənnənin necə dəyişəcəyini nəyə əsasən müəyyənləşdirmək olar ki, valyutası olanlar itirməsinlər? Bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq qısa müddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar. Əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman deməli növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar. Və o artış 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması ilə müşahidə ediləcəksə deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi etimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir. Bütün hallarda, son illər qeyd etdiyim kimi, pul valyuta səbəti formasında saxlanılması daha məqsədə uyğundur: 60 (və ya 50) faiz dollar, 20 faiz avro və 20 (və ya 30) faiz manat. Bu sığortalanmış valyuta səbətidir. Valyuta bazarındakı tendensiyaların dəyişməsindən asılı olaraq bu faizlər dəyişə bilər. Deməli, fərqli məlumatlar fonundan sizlərin də öz qərarlarınızın yığımlarınızı valyuta risklərindən qoruya bilər".
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 4 gün sonra
-
- 2 gün sonra
-
14 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
14 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər






















