Dövlət Xidməti yoxlamalarının nəticələrini açıqladı - Artıq və əsassız ödənişlər aşkar edilib
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri açıqlanıb.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
2019-cu ilin birinci yarısında, dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.
Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib.
Eyni zamanda, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda aparılmış yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.
2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib.
Həmçinin, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənmiş, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilmişdir.
Məktəbəqədər və orta təhsil müəssisələrində aparılmış yoxlamalarla şagirdlərin sayının müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu halda ingilis dili, alman dili, azərbaycan dili və fiziki tərbiyə fənləri üzrə dərslərin siniflərin yarımqruplara bölünməsi ilə keçirildiyi və bu hesaba süni əsas yaradılaraq əlavə əməkhaqqı ödənildiyi, qrupların fəaliyyət göstərməsi üçün lazımi tədris-maddi baza olmadığı halda günüuzadılmış qrupların təşkil edildiyi, ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqlarının yığılması və onların xərclənməsi üzrə uçotun tələb olunan səviyyədə aparılmadığı, maddi-məsul şəxslərin öhdəsində bərk və yumşaq inventarlar üzrə çatışmazlığa yol verildiyi aşkar edilmişdir.
Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasında, hesabatların tərtibi işlərində nöqsanlara yol verilmiş, təsərrüfat əməliyyatlarına müxabirləşmələr verilməmiş, maddi-məsul şəxslərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilələr bağlanılmamışdır.
Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verilib - Qeydiyyatdan keçməyə tələsin!
- 13 saat əvvəl
-
16 saat əvvəl
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Azərbaycan neftinin son qiyməti
Mercedes-Benz Hibrid: İndinin ən düşünülmüş qərarı
Nvidia, Synopsys-in 2 milyard dollarlıq səhmlərini alıb
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir
Ən çox oxunanlar
Birjadan "Sizin Lombard"ın istiqrazları ilə bağlı qərar
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Rəqəmsal Maliyyə Mərkəzi" MMC yaradılıb - Məlumat-Hesablama Mərkəzi bu adla fəaliyyət göstərəcək
Azercell-dən qış kampaniyası!
Azərbaycan Mərkəzi Bankının sədri Çin Xalq Bankının sədrilə görüşüb



















