“Sığortalı gələcək” adlı təşviqat proqramına start verilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Könüllülük Məktəbi” çərçivəsində “Sığortalı gələcək” adlı təşviqat proqramı hazırlanıb.
Proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərəcək könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur.
21 avqust 2019-cu il tarixində adıçəkilən layihənin açılış mərasimi baş tutub. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov könüllülərlə tanış olub.
Müasir dövrdə sığorta sektorunun qlobal maliyyə bazarlarında önəmli yer tutmasını qeyd edən İ.Alışov könüllülərə ölkəmizin sığorta bazarı barədə məlumat vermiş, layihənin əhəmiyyətini vurğulayaraq proqram iştirakçılarına uğurlar arzulamış və bu layihədə iştirakın onların gələcək peşəkar fəaliyyətləri istiqamətində uğurlu addım olduğunu bildirmişdir.
Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də bu layihə ilə bağlı öz fikirlərini bölüşüb, ASAN könüllülərinin ölkədə gedən icitmai-siyasi proseslərə daim dəstək olduğunu bildirib. C.Hacıyev sığorta sahəsi ilə bağlı əhalinin maarifləndirilməsində ASAN könüllülərinin rolunun önəmini vurğulayaraq onlara müvəffəqiyyətlər arzu edib.
Qeyd edək ki, proqramda iştirak etmək hüququ qazanmış könüllülər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil ediləcək 2 həftəlik təlim kursunda iştirak edəcək, sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcəklər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında müxtəlif sorğuların keçirilməsindən ibarət olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
- 52 d. əvvəl
-
-
54 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
15 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






























