Dövlət İnformasiya Agentliyinin xalis mənfəəti kəskin artıb
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ötən ili 10 milyon 328 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 24,5 dəfə çoxdur.
Qurumun maliyyə hesabatına görə, 2018-ci ildə AZƏRTAC-ın gəlirləri 2017-ci ilə nisbətən 34,9% artaraq 11 milyon 11 min manat, o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri 42,75% artaraq 10 milyon 947 min manat, birja əməliyyatlarından gəlirləri 87% azalaraq 64 min manat olub. Ötən il qurumun xərcləri isə 1,6% azalaraq 7 milyon 597 min manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 77,6% artaraq 5 milyon 858 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 46,1% artaraq 260 min manat, amortizasiya xərcləri 29,9% artaraq 447 min manat, sair əməliyyat xərcləri isə 69,7% azalaraq 1 milyon 33 milyon manat təşkil edib. Agentliyin 2017-ci ilin yekununda 19 min manatlıq kapitalı çatışmazlığı isə 2018-ci ilin yekununda 6 milyon 914 min manatlıq kapital ehtiyatları ilə əvəz olunub.
AZƏRTAC-ın cəmi aktivləri bu il yanvarın 1-nə 9 milyon 362 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,8 dəfə çoxdur.
Hesabat dövründə AZƏRTAC-ın 11 min manatlıq cəmi öhdəlikləri formalaşıb, cəmi kapitalı isə 3,8 dəfə artaraq 9 milyon 351 min manata çatıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 d. əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub























