Moskvadan Qəbələ və Gəncəyə aviareyslər açılır
u gündən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli brendi AZALJET Moskvanın "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
Bununla bağlı Moskvada AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə tədbir keçirilib.
Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Şövqi Mehdizadə iki ölkə arasındakı münasibətlərdən danışıb. İqtisadi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan diplomat AZAL və "Vnukovo" hava limanı arasındakı əməkdaşlığın bu münasibətlərə töhfə verəcəyini qeyd edib.
E.Hacıyev isə çıxışında bildirib ki, bu gün Moskva-Gəncə, sabah isə Moskva-Qəbələ reysinin açılışı olacaq: "Bu Azərbaycana açılan yeni turistik reyslərdir. Fürsətdən istifadə edib Azərbaycanda istirahət etmək istəyən Rusiya vətəndaşlarını bu reyslərlə uçmağa dəvət edirik".
E. Hacıyev Moskva-Gəncə, Moskva-Qəbələ reyslərinə biletlərin qiymətinin 49 avrodan başladığını nəzərə çatdırıb: "Bu qiymətə əl yük daxildir. Bu ilin sonuna kimi bu rejimdə işləyəcəyik. 2017-ci ilin payızında Azərbaycanın yeni aviaşirkəti olan "Buta" fəaliyyətə başlayandan sonra artıq "Vnukovo"dan olan bu reysləri AZALJET deyil, "Buta" həyata keçirəcək. Fikrimcə, qiymətlər əvvəlki kimi qalacaq".
V.Aleksandrov isə çıxışında AZAL ilə münasibətlərdən məmnun olduğunu bildirib: "Hava limanımızın sərnişinləri də AZAL aviaşirkətindən məmnundur".
Qeyd edək ki, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri "Airbus A320" təyyarələri ilə yerinə yetiriləcək.
Hazırda AZAL Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" ilə yanaşı, AZALJET Moskvanın "Domodedovo" hava limanına, Sankt-Peterburqun "Pulkovo", Mineralniye Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.
Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 d. əvvəl
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
-
15 d. əvvəl
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
-
48 d. əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 53 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
58 d. əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
1 saat əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
Ən çox oxunanlar
Nobel Sülh mükafatının laureatı məlum olub
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı























