“AzİnTelecom” və İranın TİC şirkəti əməkdaşlığa başlaya bilər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz İranda səfərdədir
Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp – 2019”) sərgisi işə başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən nümayəndə heyətimiz sərginin açılış mərasimində iştirak edib.
Ölkəmiz “ELECOMP – 2019”-da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur.
Azərbaycan, İran, İraq və Qətərin sahəvi nazirlərinin iştirakı ilə təşkil olunmuş VIP tur çərçivəsində yüksək səviyyəli rəsmilər Milli Pavilyonumuzu ziyarət ediblər.
Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib.
Həmçinin, poçt sahəsi üzrə fəaliyyət, “Şəbəkə” layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub.
Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Görüşdə innovasiyalar və İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. İnnovativ startaplar və İKT şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili qərara alınıb.
Həmçinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi və Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, o cümlədən Rusiya Federasiyasının Rəqəmsal İqtisadiyyat, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskov arasında keçirilmiş ikitərəfli görüşlərdə müvafiq sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Nümayəndə heyətimiz İranla Azərbaycan arasında yüksək keyfiyyətli rabitənin təmin edilməsi, İrandan Azərbaycana giriş trafiki həcminin artırılması, “AzİnTelecom” MMC ilə İran TİC şirkətlərinin tranzit-texniki imkanlarından qarşılıqlı istifadə edilməsi üzrə ikitərəfli görüşlər keçirib.
Eyni zamanda, İranda fəaliyyət göstərən startaplar üçün də “Fast Track” Akselerasiya Proqramının təşkil olunması müzakirə olunub. İnnovasiyalar Agentliyi və ölkəmizin innovasiya ekosistemi barədə təqdimat edilib.
Azərbaycan nümayəndə heyəti İran Rəqəmsal İqtisadiyyat Forumunda da iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
12 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
4 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 6 saat əvvəl
-
7 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
7 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı






























