Azərbaycanın həyat sığortası şirkəti nizamnamə kapitalını artırır
Azərbaycanın həyat sığortası bazarının ən dayanıqlı və aparıcı şirkətlərindən olan “Qala Həyat Sığorta Şirkəti” uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq nizamnamə kapitalının həcmini artırır.
Şirkətin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyevin sözlərinə görə, “Qala Həyat”ın uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq nizamnamə kapitalının növbəti artımını həyata keçirib.
E.Hüseynquluyev bildirib ki, Səhmdarların Ümumi Yğıncağının yekun qərarına əsasən, nizamnamə kapitalının artırılması əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilir: “Təsisçilər tərəfindən ümumi dəyəri 171 600 manat, o cümlədən hər birinin dəyəri 2 860 manat olan 60 (altmış) ədəd sənədsiz, adi adlı səhmin buraxılması nizamnamə kapitalının planlaşdırılan səviyyəyədək artırılması qərarı verilib. Səhmlərin yerləşdirilməsi qapalı təklif üsulu ilə birjadankənar həyata keçiriləcək. Səhmlərin tam yerləşdirilməsi prosesi cari ilin noyabr ayınadək başa çatacaq” – deyə şirkət rəsmisi vurğulayıb.
Qeyd edək ki, yerləşdirmə prosesi başa çatdıqdan sonra “Qala Həyat Sığorta Şirkətinin” ümumi nizamnamə fondunun həcmi 13 041 600 manata çatacaq.
Azərbaycanda ilk müddətsiz lisenziyaya sahib olan “Qala Həyat Sığorta Şirkəti” 2010-cu ildən fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 54 d. əvvəl
-
-
56 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
16 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























