"Fiziki şəxslərin sosial sığortası üzrə ödənişlərin hesablanması sisteminin ləğv edilməsi lazımdır"
Ölkədə minimum əmək haqqının artması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün icbari sosial sığorta haqları da artıb.
Xatırladaq ki, bu kateqoriyada ödənişlər minimum əmək haqqının 20%-ni təşkil edir.
Beləliklə, əgər 2019-cu ilin əvvəlində ödənişlər 26 manat idisə, martın 1-dən 36 manata, sentyabrın 1-dən isə 50 manat olacaq. Əslində, sahibkarların sosial sığorta ödənişləri artır, gəlirləri isə eyni səviyyədədir. Nəzəri olaraq minimum əmək haqqı 1000 manata qədər artırıla bilər. Bu halda ödənişlər 200 manat təşkil edəcək.
Vergi Məcəlləsinə son dəyişikliklər edildikdən sonra vergi ödənişlərinin nəzərəçarpacaq artması (sadələşdirilmiş sistemdə 4% ödəyən ən çox vergi ödəyiciləri 5% ödəmə olan kateqoriyaya keçirilib) və bir neçə il əvvələ aid 1% nağd hesabdan çıxarma da bura əlavə olunmalıdır. Belə çıxır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər gəlirlərinin əksəriyyətini icbari ödənişlərə yönəldir.
Şərh verən iqtisadçılar bu məsələni düzgün tənzimləməsi ilə əlaqədar fikirlərini ifadə etdilər. Belə ki, minimum əmək haqqının artırılması sahibkarlıqla məşğul olan şəxslərə mənfi təsir göstərmir.
Beləliklə, iqtisadçı Vüqar Bayramov bildirib ki, sabit məbləğ, məsələn, 35 manat tətbiq olunmalıdır.
"Hazırda uçot sisteminin yenidən nəzərdən keçirilməsi məqsədəuyğundur. Minimum əmək haqqı ilə sosial sığorta ödənişləri arasındakı əlaqə aradan götürülməlidir. Müəyyən bir məbləğ müəyyən edilsə, minimum əmək haqqı artanda sosial sığorta ödənişləri artmayacaq", - deyə o bildirib.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, müəyyən məbləğin əvəzinə, alternativ pensiya fondları sistemi tətbiq edilməlidir.
"Hazırda dövlətin inhisarı var və yalnız dövlət fondu fəaliyyət göstərir. Özəl pensiya fondları açılmalı, vətəndaşlara alternativlər təmin edilməlidir. Bu halda pensiya fondları fərqli paketlər təqdim edəcək və vətəndaşın seçim imkanı olacaq", deyə o qeyd edib.
Onun sözlərinə görə, əgər vətəndaş daha pensiya almaq istəyirsə, daha çox ödəniş edəcək.
"Mövcud sosial sığorta ödənişləri sistemi mütləq aradan qaldırılmalıdır. Sentyabrən 1-dən etibarən minimum əmək haqqının artması ilə əlaqədar sosial sığorta ödənişləri də artacaq. Lakin qeyd etmək lazımdır ki, sentyabr ayının ilk günlərindən sonra minimum əmək haqqı səviyyəsi istənilən həddə çatmayacaq və buna görə minimum əmək haqqının daha da artması imkanı var. Ancaq elə etmək lazımdır ki, bundan başqaları, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər zərər görməsin".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
6 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
- 11 d. əvvəl
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
18 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO























