“OPEC plus” qərarı ölkəmizin maraqlarına tam uyğundur"
Vyanada “OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC-ə üzv və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib.
Energetika Nazirliyindən bildirilib ki, “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.
Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü “OPEC plus” əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: “OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək”.
İclasda qeyri-OPEC ölkələrinin nazirləri, həmçinin OPEC-in gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təklif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklifə də razılıq veriblər. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.
P.Şahbazov qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün “OPEC plus” ölkələrinin bu qərarına da münasibət bildirib. “Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. “OPEC plus” ölkələri növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq “Əməkdaşlıq Bəyannaməsi”nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu ilin iyulun 1-dən 2020-ci il martın 31-dək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə “OPEC plus” ölkələrinin kvotaları isə dəyişməz qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat sonra
-
11 d. əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
25 d. əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
-
36 d. əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 37 d. əvvəl
-
47 d. əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
3 saat əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
3 saat əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
-
3 saat əvvəl
25 milyon manat sərmayə yatırıb, 10 milyon manat da yatırmağı planlaşdırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Ən çox oxunanlar
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
Xırdalandan “Memar Əcəmi”yə işləyən avtobuslar yenilənir



























