“Azərxalça”nın daha 5 filialının xalçaları qəbul edilib
İyunun 24-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində növbəti xalça qəbulu aparılıb. Səhmdar Cəmiyyətin Qəbələ, İsmayıllı, Qobustan, Abşeron və Nardaran filiallarında toxunan xalçalar qəbul olunub. Bu barədə “Marja”ya “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.
“Azərxalça”nın Bədii yaradıcılıq və keyfiyyətə nəzarət şöbəsinin rəisi Neva Ağaliyeva məlumat verib ki, bu filiallardan, ümumilikdə, 106 xalça qəbula gətirilib. Onlardan 6-sı Qəbələ, 20-si İsmayıllı, 14-ü Qobustan, 21-i Abşeron, 45-i Nardaran filialında toxunan xalçalardır.
Qəbul zamanı xalçalar mütəxəssislər tərəfindən keyfiyyətinə görə qiymətləndirilir. Xalçaların keyfiyyəti verilmiş çeşniyə əsasən düzgün toxunulması, sıxlıq və yatımının standartlara uyğun olması, qıraqbükməsinin səliqəli aparılması, düzgün arğaclanması ilə müəyyənləşdirilir.
Bildirilib ki, Qəbələ, İsmayıllı, Qobustan filiallarında Şirvan, Abşeron və Nardaran filiallarında isə Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. 2017-ci ildən məhsul istehsal olunan İsmayıllı və Qəbələ filiallarında indiyədək 1336, ötən il fəaliyyətə başlayan Qobustan, Abşeron və Nardarandakı emalatxanalarda isə 441,4 kvadratmetr xalça toxunub. Toxucular keyfiyyətli məhsul istehsalı üçün əzmlə çalışırlar.
Sonra qəbula gətirilən xalçaların keyfiyyəti müzakirə edilib. Mütəxəssislər İsmayıllıda toxunan xalçaların daha keyfiyyətli olduğu qənaətinə gəliblər.
"Azərxalça"nın filiallarında toxunan xalçaların mütəxəssislərin iştirakı ilə qəbul olunmasının əhəmiyyətindən danışan Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri, professor Vidadi Muradov bu prosesin əmək məhsuldarlığının artırılmasına, keyfiyyətli məhsul istehsalına müsbət təsir göstərdiyini bildirib. Qeyd olunub ki, xalça qəbulu zamanı nailiyyətlərlə yanaşı, istehsalat nöqsanları da da müzakirə edilir ki, bu da onların növbəti xalça toxunmasında təkrarlanmamasına gətirib çıxarır.
İdarə Heyətinin sədri deyib ki, “Azərxalça”nın mütəmadi təşkil etdiyi tədris-hazırlıq kursları peşəkar toxucuların formalaşmasına imkana verib. Səhmdar Cəmiyyətin filiallarında çalışan peşəkar toxucular qədim xalçaçılıq ənənələrinə, dünya bazarının tələblərinə uyğun xalçalar toxuyurlar.
Vidadi Muradov “Azərxalça”nın filialları arasında İsmayıllıdakı emalatxanada toxunan xalçaların xüsusilə fərqləndiyini bildirib, kollektivə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
İdarə Heyətinin sədri filiallarda keyfiyyətli məhsul istehsal edilməsi, nizam-intizam qaydalarına ciddi əməl olunması barədə tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
34 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub


























