"Sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-fakturasız mallara bazarda rast gəlinəcək"
Elektron qaimə-faktura: karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər?
Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.
Bəs topdan və pərakəndə satış obyektlərində qanunvericiliyin bu tələbinə nə dərəcədə əməl olunur?
Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: "Onlayn rejimdə" və "Oflayn rejimdə". Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.
İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir: "Belə hallara hər bir sahədə, az da olsa, rast gəlinir. Amma elektron qaimə-fakturasız malların satışı avtomobillərin ehtiyat hissələri və paltar-geyim sahəsində daha çoxdur. Bu isə əsasən onunla əlaqədardır ki, həmin məhsullar gömrükdə karqo müəssisələr tərəfindən daşınarkən sənədləşmə aparılmır".
Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, "Binə" və "Sədərək"dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır. Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: "Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək".
Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl, xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır: "Bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq".
Xatırlatma:
Pərakəndə satış - malların alıcıya satışının (təqdim olunmasının) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Topdansatış - malların alıcıya satışının (təqdim olunmasının) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında, əlavə olaraq, POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
-
55 d. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
10 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























