Azərbaycanlı investorlar Şimali Qafqazda kurortlara böyük vəsait yatıracaq
Rusiyanın Stavropol diyarında Azərbaycan sərmayədarları tərəfindən vəsait yatırılan iki kurort kompleksinin tikintisi 2021-ci ilədək başa çatacaq.
Bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bildirib.
2018-ci ildə azərbaycanlı sərmayədarların iştirakı ilə Jeleznovodsk müalicəvi kurortunda sanatoriya tikintisinin layihəsinin həyata keçirildiyini qeyd edən nazir müavini burada 222 nömrəlik iki yaşayış korpusunun, müalicə korpusunun, konfrans salonlarının, SPA, iki salonluq yeməkxananın inşa olunacağını, layihənin isə 1,5 milyard rubl dəyərində olduğunu qeyd edib.
"Habelə Kislovodsk şəhərində də azərbaycanlı sərmayədarlar tərəfindən 420 yerlik “Rusel” sanatoriyasının tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda layihəyə dair sənədlər tərtib olunur. Maliyyə dəyəri, təqribən, 2 milyard rubl təşkil edəcək”, - deyən rusiyalı rəsmi bununla yanaşı, Kislovodskdə “Akademiçeskiy” sanatoriyasının yenidən qurulmasına dair müvafiq sənədlərin hazırlandığını diqqətə çatdırıb.
Bu layihəyə dair 2017-ci ilin aprel ayında bir azərbaycanlı sərmayədarla niyyət protokolu imzaladıqlarını vurğulayan rusiyalı nazir müavini həmin yerdə beynəlxalq standartlara uyğun 13 min kvadratmetrlik müasir sanatoriya-kurort kompleksinin ərsəyə gələcəyini, layihəyə 2,8 milyard rubl məbləğində maliyyə yatırılacağını qeyd edib.
Azərbaycanlı sərmayəçilərin iştirak etdiyi başa çatdırılan layihələrdən danışan O.Ruhullayeva 2016-cı ildə Yesentukidə “Karat Holding” tərəfindən 1,5 milyard rubldan artıq sərmayə ilə 444 yerlik “İstoçnik” sanatoriyasının inşa olunduğunu xatırladıb.
Stavropol diyarındakı müalicəvi istirahət infrastrukturuna yatırımlarla bağlı azərbaycanlı sərmayədarlarla əməkdaşlığın müsbət yöndə inkişaf etdiyini diqqətə çatdıran rusiyalı məmur diyar hökuməti tərəfindən də sözügedən sahəyə yatırımların əmlak vergisindən azad olunduğunu, mənfəət vergisində də imtiyazlar tətbiq edildiyini söyləyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
23 d. əvvəl
“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Hörmüz boğazında neft tankeri vurulub
Mebel idxalı təxminən 20% azalıb
Xaricdən geyim alışında azalma
Ən çox oxunanlar
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb






















