Pomidor sahələrinə ziyanvericilər daraşıb - MƏHSULU ZAY EDİR
Masallı rayonunda pomidor sahələrində xəstəlik yayılıb. Xəstəlik bu sahələrə ziyanverici qurdların daraşmasından sonra baş verib. 10 gündən çoxdur ziyanverici həşəratlar sahələrdə məhsulu zay edir.
Masallının 3 kəndində - Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərində fermerlərə ziyan dəyib. Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, yayılan xəstəliklə əlaqədar mütəxəssislər nümunələr götürüb və xəstəliyin nə olduğu tam müəyyən edilib. Ziyanverici el arasında pomidor sovkası adlanan qurddur.
Sakinlərin dediklərinə görə, pomidor sovkası çox vaxt qırmızı yetişmiş pomidorlarda olardı, lakin maraqlısı budur ki, yetişməmiş kal pomidorlarda da var.
Fermer Bəybala Əsədov: “4 hektar pomidor sahəm var. Ziyanverici sovkalar mənim pomidor sahələrimin 1 faizini zəbt edib. Bu məni çox narahat edir. Dərmanlama işlərinə başlamışam. Bitki Mühafizə Mərkəzinin əməkdaşlarına məlumat vermişəm. Onlar ərazidə olan sovka dəyən pomidorlara baxış keçiriblər”.
Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir. Fermerlərin pomidor sahələrinə Masallı Rayon Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları da baxış keçirib.
Masallı Rayon Bitki Mühafizəsi Mərkəzinin rəsmisi İslam Məmmədov: “Biz sovka yayılan ərazilərdə müşahidə aparmışıq. Fermerlərə öz tövsiyəmizi vermişik, hansı kimyəvi dərmanlara ehtiyac olduğunu bildirmişik. Sovka karantin ziyanvericisi olmadığı üçün onunla mübarizə fermerlərin özləri tərəfindən aparılır”. Fermer Dilarə Əsədovanın 3 hektar pomidor ərazisində də bu problem yaşanır: “Sahəmə gəlib baxıblar. Bizə dərman adları verilib. Alıb gətirmişik, iki gündür dərmanlayırıq. İnanıram ki, məhsulumuzu vaxtında zərərvericələrdən qoruya biləcəyik”.
Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Artıq fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumatlar verilib. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılması üçün hazırda sahələrdə dərmanlama işləri aparılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 53 d. əvvəl
-
-
55 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
15 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























