Dövlət əmlakı üzrə yeni hərrac - start qiymətləri
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Bu hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
96 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki şəhəri, habelə Saatlı, Mingəçevir, Ucar, Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakı şəhərində yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Suraxanı rayonunda yerləşən Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası “Şirvan şəhərində yerləşən “Reduktorların təmiri sexi”, Şəmkir rayonunda yerləşən “Şəmkir Balıq Zavodu kimi müəssisələr var.
Paytaxtda hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Bakı şəhəri Sabunçu rayonunda yerləşən “Yardımçı təsərrüfat”-dır. 900 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 2707.3 kv.m., ümumi torpaq sahəsi isə 60011 kv.m.-dir.
Regionlarda isə ən yüksək start qiyməti 990 min manata təklif olunan Balakən şəhərində yerləşən “Əmlak Kompleksi”-nə aiddir.
Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 967 min manata paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti, 716 min manata Bakının Suraxanı rayonundakı “Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası”, 275 min manata Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da var.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalan 1-i isə Mingəçevir rayonunda yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 600 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Bu dəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə kərpic”, “Kürdəmir Kəndkimya Təchizat”, “Bərdə Yun”, “Tərtər Konserv”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
9 d. əvvəl
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
-
17 d. əvvəl
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
-
50 d. əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 55 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
1 saat əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
1 saat əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
Ən çox oxunanlar
Nobel Sülh mükafatının laureatı məlum olub
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı
























