Əhali ən çox ətlik balalara üstünlük verir - YENİ CİNS BUĞALAR GƏTİRİLƏCƏK
Ölkə üzrə süni mayalanmadan 90 min baş bala alınıb
Göygöl rayonunda 3,26 hektar əraizdə Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyəti üçün inşa edilmiş ikimərtəbəli binada laboratoriya, təlim mərkəzi, toxumun alınması üçün manej, eləcə də heyvanların saxlanması üçün yer və digər xidmətlər fəaliyyət göstərir.
Mərkəzin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramiq Abbasovla söhbətdən məlum oldu ki, keçən il ölkə üzrə 157 min 139 baş buzov süni yolla mayalandırılmış və nəticədə 90 min bala alınmışdır. 60 min nəfərə hər balaya görə dövlət tərəfindən 100 manat subsidiya verilmişdir.
Mərkəzdə bütün işlər şəffaflıqla həyata keçirilir. Məsələn, hər bir fermer əldə olunmuş toxumun keyfiyyəti barədə qabaqcadan məlumat almaq imkanına malikdir. Belə ki, mərkəzdə quraşdırılmış "İVOS-II” cihazı vasitəsilə süni mayalanmada istifadə edilən toxumun mənşəyi və keyfiyyəti barədə hər bir fermerə ətraflı məlumat verilir. Hətta aparat rayonlara göndərilən toxumların tərkibi haqqında da fermerlərin mobil telefonuna məlumatlar ötürür. Bundan başqa, mərkəzə alınmış yeni səyyar laboratoriya, həmçinin maye azotu daşımaq üçün ixtisaslaşdırılmış "MAN” avtomaşını da fermerlərin ixtiyarına verilmişdir.
Hazırda mərkəzdə 6 cins üzrə 37 törədici buğa var. Həmin buğalar Almaniyadan və Avstriyadan gətirilib. Buğalardan götürülən toxumlar xüsusi cihazlarda saxlanılır ki, bu da onların keyfiyyətinə zəmanət verir.
Hazırda süni mayalanmada istifadə olunan maye azot mərkəzin özündə istehsal olunur. Halbuki əvvəllər maye azot müxtəlif yerlərdən alınırdı ki, bu da çox xərc tələb etməklə yanaşı, bəzi hallarda keyfiyyətsiz olduğundan toxumun uzun müddət saxlanmasına imkan vermirdi.
Mərkəzin direktoru onu da əlavə etdi ki, əhali ən çox ətlik istiqamətində doğulan balalara üstünlük verir. Bu istəyi nəzərə alaraq yaxın vaxtlarda mərkəzə ətlik istiqamətində olan "Aberzun-anqus” və "Şarole” cinsli buğaların gətirilməsi üçün danışıqlar aparılır. Eyni zamanda gələcəkdə Zebu cinsindən olan buğaların, eləcə də Bolqarıstandan "Murrah” cinsli camışların alınması da diqqətdə saxlanılır.
Mərkəzdə heyvanların yem rasionuna xüsusi diqqətlə yanaşılır. Bunun üçün mərkəzə ayrılmış 60 hektar əkin sahəsinin 45 hektarında arpa, 9 hektarında buğda, 6 hektarında qarğıdalı əkilir. Məhsulun saxlanması üçün anbar və yemin emalı üçün sex də inşa edilmişdir.
Kadr hazırlığına da ciddi yanaşılır. Buradakı təlim mərkəzində təşkil olunmuş kurslarda mütəxəssislər öz biliklərini artırırlar. Bu yaxınlarda FAO təşkilatının (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) xətti ilə növbəti təlimlərə başlanacaq. Kursda bütün bölgələrdən 50 nəfərədək zootexnik və baytar iştirak edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 27 d. əvvəl
- 36 d. əvvəl
-
- 47 d. əvvəl
-
1 saat əvvəl
Sea Breeze-də fəaliyyət göstərəcək kazino kütləvi işə qəbula başlayıb
-
2 saat əvvəl
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılmasını müzakirə edib
-
15 saat əvvəl
AZZA regionlarda genişlənir – Daha 4 bölgədə mağazası açılacaq
-
16 saat əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda xarici valyuta bolluğu yaranıb, Manatın möhkəmlənməsinin qarşısını almaq üçün milyardlıq müdaxilələr həyata keçirilir
Rəsmi məzənnələr açıqlandı
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılmasını müzakirə edib
AZZA regionlarda genişlənir – Daha 4 bölgədə mağazası açılacaq
Ən çox oxunanlar
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
Azərbaycanın aqrar ixracında "P-AQRO"dan mühüm nəticə
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Türkiyənin Qars şəhərinə ilk reysini həyata keçirib
Azərbaycanın yükdaşıma nəhəngindən yeni ixrac rekordu












.webp)








