“Satti” özüqalxan üzən qazma qurğusu gələn həftə Azərbaycana yola salınacaq
“Satti” özüqalxan üzən qazma qurğusu iyunun 6-da Azərbaycana gətirilməsi üçün yola salınacaq.
Bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransının ikinci günündə "KazMunayQaz"ın geologiya və kəşfiyyat üzrə idarə heyətinin sədr müavini Kurmanqazı İskaziyev deyib.
Onun sözlərinə görə, iyunun 10-da Bakı limanına çatdırılacaq və qurğunun quraşdırılmasına başlanılacaq.
Qeyd edək ki, “Satti” qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD." şirkəti tərəfindən Bakıda elə ona məxsus "CDC Dəniz Təchizat və Logistika Bazası"nda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD." qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.
Müqaviləyə əsasən, qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, SOCAR və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti arasında yanvarın 26-da Bakıda imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Caspian Drilling Company LTD." MMC-nin baş direktoru Fərid Axundov və “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov tərəfindən fevralın 16-da Astanada “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
24 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub


























